Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib

Naxçıvan Dövlət Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş bədii yaradıcılıq festivalının birinci mərhələsi keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə ali, orta və ilk peşə ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən festival milli vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörməti inkişaf etdirmək məqsədi daşıyır. Bu məqədlə Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru Elbrus İsayev tədbirdə çıxış edərək qonaqları salamlayıb ədəbiyyat və incəsətin birgə vəhdətindən ərsəyə gələn tədbiri yüksək qiymətləndirib. Qeyd edilib ki, İncəsənət fakültəsindən fərqli olaraq bu günkü tədbirdə digər ixtisaslarda təhsil alan tələbələr iştirak edirlər. Rektor bədii yaradıcılıqların qiymətləndirilməsi baxımından tədbirin xüsusi əhəmiyyətə malik olduğunu bildirib. Elbrus İsayev universitetin professor-müəllim heyəti və tələbələri üçün gözəl xatirələrlə yadda qalacaq görüşdən hər kəsin faydalanacağı barədə öz təklif və tövsiyyəlırini çatdırıb.Tədbirdə onlarla istedadlı tələbə şeir, musiqi, bədii qiraət və rəsm üzrə öz bacarıqlarını nümayiş etdiriblər. İstedadlı tələbələrin müəyyən edilməsi Münsiflər heyətinin sədri Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, münsiflər heyətinin üzvləri Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov, Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin baş məsləhətçisi Maral Salmanova tərəfindən həyata keçirilib.Müsabiqənin sonunda münsiflər heyəti öz təklif və tövsiyyələrini verdikdən sonra tələbələrə uğurlar arzulayıblar. Qeyd edək ki, festival qaliblərinin yekun konserti may ayında keçiriləcək. Qaliblər Təhsil Nazirliyi və ATİAHİ-nin diplom və hədiyyələri ilə mükafatlandırılacaq.Görüşdən sonra qonaqlar universitetin ərazisini gəzib, mövcud fakültələrlə tanış olublar. İncəsənət fakültəsinin sərgi salonunda müəllim və tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.Sonra ali təhsil ocağının Magistratura mərkəzində Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə görüş olub. Rektor nasir, şair, tərcüməçi, kinodramaturq 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Baba Vəziroğlu haqda danışıb. Bu günkü görüşün hər kəs üçün xoş təəssürat oyadağına əminlik ifadə olunub. Görkəmli şairin sözlərinə bəstələnən mahnıların olduğu albomunu rektora hədiyyə edib.Tədbir diskussiya formatında davam etdirilib. Müəllim və tələbələr  Baba Vəziroğluna müxtəlif istiqamətlərdə maraqlı suallar ünvanlayıblar. Şairin öz şeirlərini bədii qiraət etməsini iştirakçılar həvəslə dinləyiblər. Həmçinin tədbirdə qonaqlar tərəfindən şairə kitab və hədiyyələr təqdim edilib.Azərbaycan Milli Konservatoriyasının müəllimi, Azərbaycan Respublikasının xalq artisti Mübariz Tağıyev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova İncəsənət ixtisaslarında təhsil alan tələbələrlə görüşüblər. Tədbirdə tələbələrin musiqi bacarıqları, gənclərin retro musiqisinə olan marağı  qiymətləndirilib. Xalq artisti tələbələr üçün gözəl ifalar da səsləndirib. Milli rəqslərimiz və yallılar haqda danışan dünya ölkələrində Azərbaycan incəsənətini və mədəniyyətini özünəməxsus ustalıqla və incəliklə təmsil edən Təranə Muradova tələbələrə milli geyimlərimiz barədə danışıb. Vurğulanıb ki, milli rəqslərimiz həm də milli geyimlərimizin təbliği baxımından da müsbət qiymətləndirilməlidir. Yallı rəqsinin qədim tarixə malik olduğunu qeyd edən Xalq artisti tələbələr üçün milli rəqslərimizdən nümunələr göstərib.Tədbir hər kəs üçün xoş xatirələrlə yadda qalıb.DSC_6905.jpg 401.43 KBDSC_7004.jpg 367.25 KBDSC_7102.jpg 356.05 KBDSC_7537.jpg 485.05 KBDSC_7622.jpg 363.26 KBDSC_7626.jpg 351.94 KB

11.04.2022

Tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Tələbələrə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib

Aprelin 8-də 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan ali məktəb tələbələrinə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün təqdim edilməsi mərasimi keçirilib.Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edib. Sədr qeyd edib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. O vaxtdan bu günə qədər ali təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə görə uğur əldə etmiş 2654 nəfər tələbə bu təqaüddən yararlanıb: “Bu gün isə daha 65 tələbəyə bu təqaüd təqdim ediləcəkdir. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Qeyd edim ki, tələbələrə adlı təqaüdün verilməsi ATİAHİ Respublika Komitəsinin gənclərlə bağlı təşkil etdiyi tədbirlərdən birini təşkil edir. Hər il gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması, gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi, istedadlı gənclərin aşkara çıxarılması, onların istedad və qabiliyyətlərinin inkişafı üçün şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının artırılması, xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə edilməsi, hərbi vətənpərvərlik tərbiyəsi işinin aparılması ilə bağlı mühüm tədbirlər həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz siz gənclərin asudə vaxtını səmərəli keçirmək, pis vərdişlərdən uzaq olmaq, elmə, təhsilə maraq yaratmaq, dövlətimiz tərəfindən həyata keçirilən dövlət gənclər siyasətinə dəstək olmaqdır”.Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S.Möhbalıyev bildirib ki, ölkədə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu siyasət geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar. Bundan başqa Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu. Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu”.2022-ci ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin inkişafına istiqamətlənmiş daha bir sənədə imza atılmasını, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın qəbul olunmasını xatırladan S.Möhbalıyev qeyd edib ki, bu proqramın icrası nəticəsində gənclərimizin inkişafı təmin ediləcək: “Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma imkanları yaratmaqla, Azərbaycan Respublikasının dayanıqlı inkişafını təmin edəcək və qlobal çağırışlara cavab verəcək yeni texnologiyaları çevik mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən, müasir və gələcək əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı peşəkar kadrların hazırlanmasını təmin etməkdir. Bu Dövlət Proqramının icrası müddətində ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək. Ümumiyyətlə gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd müasir, müstəqil Azərbaycanın inkişafında gənclərin potensialından səmərəli istifadə etməkdir. Gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsidir”.S.Möhbalıyev əlavə edib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır: “Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük Vətən Müharibəsində bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. İnanırıq ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da davam etdiriləcək, gənclərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər. Bir daha hər birinizi təbrik edir, təhsilinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.Sonra 2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə görə əlaçı və həmkarlar ittifaqı fəalı olan 65 nəfər ali məktəb tələbələrinə ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim edilib.Tədbirdə çıxış edən tələbələr göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.1.JPG 1.96 MB2.JPG 2.14 MB3.JPG 3.9 MB5.JPG 3.85 MB6.JPG 3.96 MB7.JPG 2.1 MB7a.JPG 4.19 MB8.JPG 3.83 MB9.JPG 2.42 MB

08.04.2022

Qubadlı məktəbində müəllimin yubiley tədbiri keçirilib

Qubadlı məktəbində müəllimin yubiley tədbiri keçirilib

Aprelin 5-də Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbin ibtidai sinif müəllimi Diliş Nəcəfovanın 65 illik yubileyi qeyd olunub.Qubadlı Rayon Təhsil Şöbəsinin və ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki qurumun nümayəndələri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov çıxış edərək D.Nəcəfovanı yubiley münasibətilə təbrik edib, rayon təhsilinin inkişafında xidmətlərindən, gənc nəslin tərbiyə olunmasında və elmi biliklərə yiyələnməsində fədakar əməyindən danışıb. Bildirib ki, məhz D.Nəcəfova kimi müəllimlərimizin yetişdirdiyi vətənpərvər oğullarımız 30 il işğal altında qalan torpaqlarımızı böyük rəşadətlə düşməndən təmizlədi.ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Təhsil Şöbəsinin İlk həmkarlar təşkilatının sədri Zakir Qasımov və digərləri çıxışında D.Nəcəfovanın mənalı ömür yolundan, müəllim adını şərəflə daşımasından, təhsil verdiyi gənclərin cəmiyyətdə rolundan bəhs ediblər. Sonda D.Nəcəfovaya Fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.IMG-20220405-WA0041.jpg 186.03 KBIMG-20220405-WA0040.jpg 177 KBIMG-20220405-WA0036.jpg 170.83 KBIMG-20220405-WA0033.jpg 180.44 KB

05.04.2022

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin  iclası keçirilib

ATİAHİ Respublika Komitəsi Rəyasət Heyətinin iclası keçirilib

Aprelin 1-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİ RK) Rəyasət Heyətinin iclası keçirilib.ATİAHİ RK-nın sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev heyət üzvlərini iclasın gündəliyi ilə tanış edib.Gündəliyə “ATİAHİ Respublika Komitəsinin 2021-ci ilə dair ümumi illik statistik hesabatı barədə”, “2021-ci ildə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsində və üzv təşkilatlarda vətəndaşların qəbulu, ərizə və şikayətlərinə baxılmasının vəziyyəti barədə”, “2021-ci ilin yekunlarına görə ATİAHİ Respublika Komitəsinin büdcəsinin yerinə yetirilməsi barədə”, “2021-ci ildə həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təşkili ilə bağlı görülmüş işlər barədə” məsələlər daxil edilib. Gündəliyin birinci məsələsi ilə bağlı Respublika Komitəsinin Təşkilat şöbəsinin müdiri Emil Rüstəmov məruzə edərək 2021-ci ilin statistik göstəriciləri ilə bağlı məlumat verib. Qeyd edib ki, 1 yanvar 2022-ci il tarixinə olan məlumata əsasən, ATİAHİ-nin 136 rayon, şəhər və rayon hüquqlu komitəsində birləşən 5 739 ilk həmkarlar ittifaqı təşkilatı və 401 197 nəfər ittifaq üzvü var. Ötən ilin müvafiq rəqəmləri ilə müqayisə etdikdə, 2021-ci ildə ittifaq üzvlərinin sayında çoxalma baş verib. Belə ki, 2019-cu ildə ittifaq üzvlərinin sayı 389 422 nəfər olub. Məruzədə əlavə edilib ki, 2021-ci ildə Respublika Komitəsinin xidmətində olan 5 725 ilk təşkilatda həmkarlar ittifaqı komitəsi ilə müdiriyyət arasında kollektiv müqavilə bağlanıb. İttifaq üzvlərinin əmək, sosial, iqtisadi hüquqları və qanuni mənafelərinin müdafiə olunmasına xidmət edən kollektiv müqavilələr 302 186 nəfər ittifaq üzvünü əhatə edib. Məsələyə münasibət bildirən S.Möhbalıyev qeyd edib ki, rayon, şəhər və şəhər hüquqlu həmkarlar ittifaqı komitəsi sədrləri, eləcə də ilk təşkilat sədrləri yerlərdə həmkarlar ittifaqı komitələrinin nüfuzunun artırılması ilə bağlı iş aparmalıdır. Həmçinin kollektiv müqavilələrin müddəalarına əməl edilməsi xüsusi nəzarətdə saxlanılmalıdır: “Çalışmaq lazımdır ki, ilk təşkilatlarda nüfuzu olan şəxslər təmsil olunsunlar. Əgər ilk təşkilatların sədrləri nüfuzlu şəxslər olarsa, o zaman ümumilikdə həmkarlar ittifaqı təşkilatlarının nüfuzu yüksək olacaq”.Gündəliyin ikinci məsələsi ilə bağlı ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək məlumat verib ki, 2021-ci ildə Respublika Komitəsinə və Respublika Komitəsinin xidmətində olan üzv təşkilatlara ümumilikdə 62 171 ərizə və şikayət daxil olub, onlardan 60 278-i müsbət həll edilib. Belə ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı daxil olmuş 424 müraciətdən 323-ü, həmkarlar ittifaqı orqanlarının işi ilə bağlı daxil olan 209 ərizədən 180-i müsbət həll edilib. Həmçinin 2021-ci ildə ATİAHİ Respublika Komitəsi və onun xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələri 52 593 nəfər ittifaq üzvünə maddi yardım verib. Həmçinin qeyd olunub ki, əmək hüquqlarının müdafiəsi ilə bağlı baxılmış 424 müraciətin 87-si işə bərpa ilə bağlı olub. Ötən il ATİAHİ Respublika Komitəsinin müdaxiləsi nəticəsində 2 nəfər öz əvvəlki işinə bərpa edilib. Bununla yanaşı, Respublika Komitəsinin xidmətinə daxil olan şəhər, rayon və rayon hüquqlu həmkarlar ittifaqı komitələrinin müdaxiləsi nəticəsində 40 nəfər öz işinə bərpa edilib. Məsələyə münasibət bildirən sədr qeyd edib ki, həmkarlar ittifaqı təşkilatları daxil olan hər bir ərizəyə diqqətlə yanaşmalı, həmkarlar ittifaqı üzvlərini narahat edən məsələlərin aradan qaldırılmasına çalışmalıdır: “Hər bir ərizə xüsusi yanaşma tələb edir. Bu baxımdan hər bir ərizə araşdırılmalıdır, problemi olan insanlara diqqət göstərilməlidir”. Gündəliyin növbəti məsələləri ilə bağlı ATİAHİ Respublika Komitəsinin katibi, Maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək 2021-ci il üzrə büdcə göstəricilərinin yerinə yetirilməsi, həmçinin həmkarlar ittifaqı üzvlərinin müalicə və istirahətinin təmin edilməsi ilə bağlı ötən il həyata keçirilmiş tədbirlər barədə məlumat verib. İclasın sonunda S.Möhbalıyev yekun söz söyləyərək tövsiyələrini çatdırıb. Qeyd edib ki, rayon komitəsi sədrləri müraciət edən şəxslərə öz köməkliyini göstərməlidir: “Bilirsiniz ki, biz ümumilikdə həmkarlar ittifaqları təşkilatları olaraq istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır. Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür dəstək göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk. Bu işlər bundan sonra da davam etdirilməlidir”. 1.jpg 86 KB2-1.jpg 109.67 KB2-2.jpg 110.79 KB3.jpg 51.56 KB3-6.jpg 87.92 KB4.jpg 63.25 KB5.jpg 81.38 KB6.jpg 108.94 KB

01.04.2022

Qubadlının iki məktəbi təltif edilib

Qubadlının iki məktəbi təltif edilib

“Saglam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin nəticələrinə görə, Qubadlı rayonunun İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi və Bəhmən Mehdiyev adına Qubadlı Şəhər 2 №-li tam orta məktəbi ATİAHİ Respublika Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub. Aprelin 1-də bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Qubadlı rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərman Aşağı Mollu kənd tam orta məktəbinin İlk həmkarlar təşkilatının sədri Aybəniz Əhmədovaya və Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 №-li tam orta məktəbin İlk həmkarlar təşkilatının sədri Ayna İsaqovaya təqdim edilib. Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov və ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov çıxış edərək hər iki təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib və əldə olunan nailiyyətə görə təbrik ediblər.IMG-20220405-WA0019.jpg 152.87 KBIMG-20220405-WA0016.jpg 81.85 KBIMG-20220405-WA0010.jpg 99.13 KBIMG-20220405-WA0002.jpg 121.96 KB

01.04.2022

AHİK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

AHİK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı anım tədbiri keçirilib

Martın 30-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı onlayn tədbir keçirilib.Tədbirdə AHİK-in rəhbər işçiləri, həmçinin üzv və tabe təşkilatların sədrləri və məsul əməkdaşları iştirak ediblər.Öncə 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı törədilən soyqırımı qurbanlarının, həmçinin Vətənimiz Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün qorunması uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Sonra AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev çıxış edərək erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı məqsədyönlü şəkildə törədilən soyqırımı siyasətindən danışıb.Bildirib ki, Gülüstan və Türkmənçay müqavilələrindən sonra məqsədli şəkildə ermənilər kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməyə başladığı vaxtdan onlar soyqırımılarına əl atmışlar: “İrəvan, Naxçıvan və Qarabağada məskunlaşdırılan ermənilər havadarlarının köməyi ilə “Erməni vilayəti” yaratdılar. Bu süni ərazi bölgüsü ilə bilavasitə azərbaycanlıların öz torpaqlarından çıxarılması və məhv edilməsi siyasətinin əsası qoyuldu. Ardınca “böyük Ermənistan” xülyası ortaya atıldı. Bu qondarma ideyadan ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı geniş miqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi”.AHİK sədri vurğulayıb ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələrinin Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla törətdiyi soyqırımları isə öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, ümumilikdə bəşər tarixində ən qanlı faciələrdən biridir: “O dövrdə Bakı şəhərində, eləcə də Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərcə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə məhv edilmişdir. Yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscidlər və digər ibadət yerləri yerlə yeksan edilmişdir. Bakı quberniyasında başlanan kütləvi qətllər və talanlar daha sonra Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvanda, Göyçədə və digər bölgələrdə davam etdirilmişdir. Təkcə 1918-ci ilin mart-iyul aylarında Bakıda, Şamaxıda, Qubada, Muğanda, Lənkəranda, Göyçayda erməni silahlıları 50 mindən çox azərbaycanlını qətlə yetirmişlər. Şamaxı qəzasının 110, Quba qəzasının 167, Qarabağın 150-dən çox kəndi, Zəngəzur qəzasının 115 kəndi yandırılmış və talan edilmiş, dinc əhaliyə heç bir fərq qoyulmadan qəddarcasına divan tutulmuşdur. Yeri gəlmişkən, diqqətinizə çatdırım ki, 1918-ci ilin qanlı hadisələri zamanı Gəncədə, Qubada və Azərbaycanın digər bölgələrində türk-müsəlman əhali ilə birlikdə, 3 minə qədər Yəhudi bacı və qardaşlarımız erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmişdir”.Konfederasiya sədri diqqətə çatdırıb ki, hadisələrin üstündən 80 il keçdikdən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlət başçısı kimi 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımlarının ilk dəfə rəsmən adı çəkilmiş, “böyük Ermənistan” xülyasını həyata keçirməyin əsas yolunun azərbaycanlıların məhv edilməsində, köçürülməsində, onların tarix və mədəniyyət abidələrinin dağıdılmasında, yer adlarının dəyişdirilməsində görmüş antiazərbaycan qüvvələrin mənfur əməllərinə siyasi qiymət verilmişdir.Onun sözlərinə görə, Quba şəhərindəki kütləvi məzarlıqda soyqırımı nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilib: “Dövlətimizin başçısı cənab İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli sərəncamı ilə erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaradılıb. Həmçinin Prezident İlham Əliyevin 2018-ci il yanvarın 28-də imzaladığı 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi ilə bağlı Sərəncamla təkcə Azərbaycanda deyil, dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimiz, diaspor təşkilatları, xaricdəki səfirliklərimiz tərəfindən bu hadisə geniş qeyd olunub”.Milli Məclisin deputatı deyib ki, erməni vəhşiliyinə tarixi qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsinin gedişində də şahid olduq: “Azərbaycan Ordusunun zəfər yürüşü qarşısında tab gətirə bilməyən düşmən təxribatlara əl ataraq dinc mülki şəxsləri hədəfə almaqla müharibə cinayətləri törədirdi: “Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir və digər şəhərləri ballistik raketlərlə, fosforlu və kasetli bombalarla atəşə tutulurdu. Nəticədə 100-ə yaxın mülki şəxs, onların arasında uşaqlar, qadınlar həlak olmuşlar. 400-dən çox mülki şəxs yaralanmış, 5 mindən çox ev dağıdılmış və ziyan çəkmişdir”.“Bu gün fəxarətlə deyə bilərik ki, ermənilərin məkirli əməllərinin cavabı layiqincə verildi. Minilliklə söykənən şanlı tariximizin ən görkəmli sərkərdələrindən biri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tarixin gedişini dəyişməyi bacardı, işğal altındakı torpaqlarımızı azad etməklə Azərbaycan xalqını məğlubiyyət girdabından xilas etdi və bunla da Azərbaycan tarixində yeni bir şanlı səhifə açıldı. Cəmi 44 gün ərzində Ermənistanın 30 illik işğalına son qoydu, işğalçı məqsədlərlə yaradılmış və bu çirkin missiyanı icra edən bir ordu məhv edildi. Beynəlxalq təşkilatların bərpa edə bilmədiyi beynəlxalq hüququn pozulmuş prinsiplərini Azərbaycan özü, təkbaşına həll etdi, dünyada sülh və təhlükəsizliyi daim təhdid edən separatizmə tutarlı və layiqli cavab verildi”, – deputat qeyd edib.AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgəyə gətirdiyi yeni reallıqlar sülh və təhlükəsizliyə əsaslanır və regionun inkişafına təkan verəcək: “Yaxın gələcəkdə Şərqi Zəngəzurun və Qarabağın əsl sakinləri öz torpaqlarına qayıdacaq  və orada əbədi xoşbəxt yaşıyacaqlar. Bu istiqamətdə sürətli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə abadlıq-quruculuq işləri aparılır. Demək olar ki, bir çox layihələr yekunlaşıb. Dövlətimizin başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva yeni tikilən obyektlərin açılışlarını ediblər. Görülən işlər bir daha onu göstərir ki, Şərqi Zəngəzur və Qarabağ Azərbaycanın ən inkişaf etmiş bölgələrindən biri olacaq”.Sonra çıxış edən Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tarix üzrə fəlsəfə doktoru Vahid İsmayılov ermənilərin Azərbaycan ərazisinə köçürülməsinin tarixi və məqsədini, bu siyasətin acı nəticələrini, ermənilərin məkrli əməllərini, 1918-ci il mart soyqırımının törədilməsinin əsl səbəblərini xronoloji ardıcıllılqa ətraflı izah edib.Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov və “Baku Stil Kompani” MMC İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Asif Abbasov ermənilərin xalqımıza qarşı torətdiyi soyqırımılar haqqında fikirlərini bölüşüblər.Tədbirin yekununda S.Möhbalıyev şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstərməyin vacibliyini üzv təşkilatların nəzərinə çatdırıb.AHİK sədri xüsusilə vurğulayıb ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz bütün istiqamətlərdə regionun lider dövlətinə çevrilib və bu nailiyyətlərin kökündə xalqımızın sarsılmaz birliyi dayanır.S.Möhbalıyev əminliklə ifadə edib ki, xalqımızın Prezident İlham Əliyevin ətrafında sıx birləşməsi bizi növbəti, daha böyük qələbələrə daşıyacaq və Azərbaycan həmkarlar ittifaqları da bu sarsılmaz birlik naminə üzərinə düşən bütün işləri ləyaqətlə yerinə yetirəcək.AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi1-7.jpg 91.07 KB3-6.jpg 87.92 KB4-6.jpg 93.22 KB5-4.jpg 117.72 KB6-2.jpg 150.19 KBmanset-7.jpg 111.06 KB

30.03.2022

Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

Ötən il qeyri-dövlət sektorunda 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb

2022-ci il yanvarın 1-i tarixinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olan 27 təşkilatda 15039 həmkarlar ittifaqı təşkilatı, o cümlədən 62 birləşmiş və 501 şəhər-rayon komitələri  fəaliyyət göstərir.COVID-19 pandemiyası ilə bağlı cərəyan edən proseslər qaçılmaz çətinliklər yaradaraq həmkarlar ittifaqlarının fəaliyyətinə mənfi təsir göstərsə də, bir sıra sahələrdə müsbət dəyişikliklər də baş verib. Belə ki, 2020-ci illə müqayisədə 2021-ci ildə həmkarlar ittifaqı sıralarına cəlb edilən tələbələrin sayı 5,1% artmaqla həmkarlar ittifaqı üzvlərinin ümumi sayının 0,9 % çoxalmasına səbəb olub.Üzvlərinin sayı 15 nəfərə qədər olan təşkilatların sayında 0,4 % artım müşahidə olunub. Respublikada kiçik və orta  sahibkarlıq, xarici və birgə müəssisələrdə ötən il həmkarlar ittifaqı üzvlərinin sayı 2,6 % artıb.2021-ci il ərzində qeyri-dövlət sektoruna aid 7 sahə üzrə 56 yeni ilk həmkarlar ittifaqı təşkilatı yaradılıb. Orada həmkarlar ittifaqı üzvlərinin sayı 3304 olub. Bu da yeni yaradılan təşkilatların sayının 2020-ci illə müqayisədə 4, üzvlərinin sayında isə 7 dəfə artım deməkdir.Ötən il ərzində üzv təşkilatlar tərəfindən yeni yaradılmış 107 həmkarlar ittifaqı təşkilatına 13808 nəfər üzv olub, nəticədə orada üzvlüyə cəlb olunanların sayı 2020-ci ilə nisbətən 2,5 dəfə artıb.Həmkarlar ittifaqı üzvü olan qadınların sayı 1,6 % artaraq üzvlərin ümumi sayının 52,3%-ni təşkil edib. Gənclərin sayında isə 0,5 % artım olub.Ötən il işəgötürənlərlə 123 saziş, 11806 kollektiv müqavilə bağlanılıb. Müqavilə bağlayan həmkarlar ittifaqı təşkilatlarının sayı əvvəlki ilə nisbətən 0,7 %, müqavilələrlə əhatə olunan üzvlərin sayı isə 4,1% artıb.Sahə həmkarlar ittifaqlarının 2021-ci il üzrə tərtib etdiyi statistik hesabatların yekunlarına əsasən, qeyd etmək lazımdır ki, həmkarlar ittifaqı üzvlüyünün motivasiyasının gücləndirilməsi, yeni  təşkilatların, xüsusilə də özəl sektorda yaradılması, maarifləndirilməsi, müasir tələblərə uyğunlaşdırılması, işçilərin hüquqlarının qorunması, onların müraciətlərinə diqqətin artırılması barədə AHİK-in tövsiyələrinin yerinə yetirilməsi istiqamətində müsbət addımlar atılıb.

28.03.2022

Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq

Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması ölkə idmanının inkişafına yeni güc qatacaq

Ölkəmizin qlobal səviyyədə tanınmasında, mövqelərinin möhkəmlənməsində, müsbət imicinin formalaşmasında dövlətimizin idman siyasəti mühüm rol oynayır. Əsası ulu öndər Heydər Əliyev tərəfindən möhkəm təməllər üzərində qoyulmuş idman siyasəti dövlətimizin başçısı İlham Əliyevin diqqət və qayğısı sayəsində beynəlxalq meydanlarda öz nəticəsini verməkdədir. Fəxarətlə deyə bilərik ki, idmançılarımızın təmsil olunduğu elə bir beynəlxalq və ya regional idman yarışı yoxdur ki, oradan əliboş qayıtsınlar. Artıq Azərbaycan idman sahəsində dünyada özünü təsdiq edib, bir sözlə, dünyada idmanın yüksək səviyyədə inkişaf etdiyi ölkə kimi tanınır. Avropa və dünya çempionatlarında idmançılarımızın qazandığı medallar və mükafatlar, əldə etdiyi digər nailiyyətlər, həmçinin ölkəmizdə idmana olan yüksək maraq və dövlət dəstəyi beynəlxalq idman ictimaiyyətinin və idman federasiyalarının diqqət mərkəzindədir. Məhz buna görə də onlar beynəlxalq yarışların Azərbaycanda keçirilməsinə böyük həvəslə yanaşırlar. Mən “Bakı-2015” ilk Avropa Oyunlarını və IV İslam Həmrəyliyi Oyunlarını xatırlatmaq istərdim. Bütün dünya Azərbaycanın bu cür mötəbər idman yarışlarını necə səliqəli, möhtəşəm, nümunəvi şəkildə və peşəkar səviyyədə təşkil etdiyini maraqla izlədi. Bu, bilavasitə dövlətimizin başçısı İlham Əliyevin uğurlu idman siyasətinin təzahürüdür.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, yüksək nailiyyətlər qazanmış idmançılarımız dövlətin xüsusi qayğısı ilə əhatə olunur: “İlk əvvəl onu qeyd edim ki, həmin idmançılar dövlət başçısı tərəfindən qəbul edilir, prezident onlarla söhbətləşir, qələbələrinin əhəmiyyətini yüksək qiymətləndirir, bunun ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin möhkəmlənməsində vacib olduğunu qeyd edir. Bu yaxınlarda Bolqarıstanda keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatı idmançılarımızın möhtəşəm çıxışı və əldə etdiyi yüksək nəticələrlə yadda qaldı. 7-si qızıl, 2-si gümüş və 7-si bürünc olmaqla ümumilikdə 16 medal qazanılması və ümumi sıralamada ölkəmizin birinci yeri tutması Azərbaycanın idman tarixinin şərəfli səhifəsidir və hər bir azərbaycanlını qürurlandırır. Bu uğura imza atmış güləşçilərimizi qəbul edən Prezident İlham Əliyev qazanılmış nəticəni yüksək dəyərləndirdi və ölkəmizin qüdrətinin nümayişi adlandırdı. Nitqində Prezident ölkəmizin idman qüdrətindən bəhs edərək bunu aparılan düşünülmüş və düzgün siyasətin məntiqi nəticəsi adlandırdı. Bu sahədə beynəlxalq səviyyədə əldə olunmuş nailiyyətlər bir daha təsdiqləyir ki, ölkəmizin idman siyasəti düzgün qurulub, ildən-ilə inkişaf edir və daha böyük müvəffəqiyyətlər hələ qarşıdadır. Ölkəmizin, demək olar ki, bütün rayonlarında ən müasir tələblərə cavab verən olimpiya idman kompleksləri istifadəyə verilib və gənclərimiz buraya cəlb edilir, ardıcıl olaraq rəqabətədavamlı yeni-yeni idmançılar nəsli yetişir. İnanırıq ki, pis vərdişlərdən uzaq, sağlam ruhda tərbiyə alan Azərbaycan gəncliyi bütün sahələrdə ölkəmizi indi olduğu kimi, ləyaqətlə təmsil edəcək və beynəlxalq imkanlarını genişləndirəcək”.“Çıxışında dövlətimizin başçısı 44 günlük Vətən müharibəsində qələbəmizin əhəmiyyətinə də toxundu. Təbii ki, tariximizin bu səhifəsi bizim qürur yerimizdir. Əgər əvvəllər dünya ictimaiyyəti bizi kimlərinsə xəyanəti üzündən məğlub xalq kimi tanıyırdısa, artıq minillik tariximizin ən qüdrətli sərkərdələrindən biri, şanlı qələbimizin banisi İlham Əliyevin sayəsində müzəffər xalq kimi tanıyır və qəbul edir. Döyüş meydanında qazandığımız müdhiş qələbə idmançılarımıza beynəlxalq yarışlarda stimul verir, qələbəyə ruhlandırır, məğlubedilməzlik hissi aşılayır. Çünki onlar, Prezidentin sözləri ilə desək, qalib xalqı təmsil edirlər və bu da onları qələbəyə daha çox sövq edir”, – deputat qeyd edib.“Dövlət başçısından daha bir böyük müjdə işğaldan azad edilmiş ərazilərdə idmanın inkişafı məsələsi oldu. Sevindirici haldır ki, Şərqi Zəngəzurda və Qarabağda idman infrastrukturunun yaradılması perspektivləri nəzərdə tutulub və orada salınan yeni şəhərlərin baş planında bu, öz əksini tapır. Əminliklə deyə bilərik ki, yaxın gələcəkdə sakinlərini qarşılayacaq həmin ərazilərdə bu istiqamətdə atılacaq addımlar ümumilikdə ölkə idmanının inkişafına güc qatacaq və dünyanın idman aləmində mövqelərini daha da möhkəmləndirəcək”, – deyə S.Möhbalıyev fikrini belə tamamlayıb.

28.03.2022

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Novruz bayramı təbriki

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin Novruz bayramı təbriki

Təbrikdə deyilir:“Dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla müzəffər xalqımızı, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, həmçinin Vətəndən uzaqlarda yaşayan soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı və uzun ömür diləyirəm.Novruz xalqımızın əsrlərdir qoruyub saxladığı, çətin sınaqlar qarşısında belə dəyərini itirmədiyi bir bayramdır. Xalqımızın milli-mənəvi dəyərlərini özündə ehtiva edən Novruz dostluq, bolluq, ruzi-bərəkət, xeyirxahlıq, barışıq, mehribanlıq, mərhəmət, milli birlik və həmrəylik rəmzi olaraq sevilir. Ulu Öndər Heydər Əliyevin Bahar bayramına olan münasibəti bu qədim adət-ənənəmizin yenidən dirçəlməsinə və ümumxalq bayramına çevrilməsinə səbəb olmuşdur. Novruz öz gəlişi ilə yurdumuza xeyir-bərəkət, elimizə yeni gün və təzə nəfəs, ömrümüzə təravət gətirir.Novruz bayramı  əvvəlki illərdən fərqli olaraq, son iki ildir ki, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə əldə etdiyimiz Zəfərin xoş əhval-ruhiyyəsi ilə qeyd olunur və hər kəsin üzünə xoşbəxt təbəssüm bəxş edir.Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.Azərbaycan həmkarlar ittifaqlarının hər bir üzvünə bayram münasibətilə sağlam və təhlükəsiz əmək, normal iş şəraiti, gözəl istirahətlər arzulayıram.Əziz həmvətənlər, bir daha bayramınız mübarək olsun”.

18.03.2022

AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub

AHİK sədri Səttar Möhbalıyevin Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi ilə onlayn görüşü olub

Martın 18-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının (BHİK) və Pan Avropa Regional Şurasının (PARŞ) vitse-prezidenti Səttar Möhbalıyevin PARŞ-nin və Avropa Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luka Visentini ilə onlayın görüşü keçirilib.Görüşdə Avropada həmkarlar ittifaqlarının fəaliyyəti, görülən işlər, beynəlxalq və regional həmkarlar ittifaqı təşkilatların qərar və tövsiyələri, gələcək perspektivlər müzakirə olunub.S.Möhbalıyev Azərbaycan həmkarlar ittifaqlarının cari ildə iş planı, qarşıda duran vəzifələr, həyata keçirilməsi nəzərdə tutulan layihələr, həmçinin görülmüş işlər barədə danışıb.L.Visentini Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətini yüksək qiymətləndirib, gələcək işlərində uğurlar arzulayıb.Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.1a-1.jpg 76.32 KB2a.jpg 99.62 KB

18.03.2022

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib

AHİK sədri Səttar Möhbalıyev şəhid ailələrini ziyarət edib

Azərbaycanda hər zaman şəhid ailələrinə və qazilərə, həmçinin müharibə iştirakçılarına yüksək diqqət göstərilir, bayramlarda, dövlətimiz üçün digər əlamətdar günlərdə onlara baş çəkilir, maddi-mənəvi dəstək göstərilir. Ölkəmizdə bu istiqamətdə milli həmrəylik yaşanır, dövlət orqanları ilə yanaşı, ictimai qurumlar da bu nəcib missiyada yaxından iştirak edir.Ənənənin davamı olaraq martın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Novruz bayramı ilə əlaqədar şəhid ailələri ilə görüşüb.Vətən müharibəsi şəhidləri – Sədi Musayev, Elbrus Əhmədov, Arif Abbasov, Tural Əsgərli, Röya Ələkbərov və Adil İbrahimlinin ailəsinə baş çəkən S.Möhbalıyev Novruz bayramı münasibətilə onları təbrik edib, xoş arzularını çatdırıb.AHİK sədri şəhid ailələri ilə söhbət zamanı bildirib ki, qədirbilən xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edən, bu yolda canını belə əsirgəməyən qəhrəman oğullarını heç zaman unutmayacaq, onları ehtiramla yad edəcək, əziz xatirələrini qəlbində daim yaşadacaq.Ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.Şəhid ailələri onlara göstərilən hərtərəfli qayğıdan razı olduqlarını bildirib və Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla hər kəsə təşəkkür ediblər.be61fe1c-9ada-4b95-8853-d67b7d00aecc.jpg 93.25 KB5e69480b-d2dd-4d06-bbd6-89c93c63aa88.jpg 147.63 KB

18.03.2022

Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür

Azərbaycanın alternativ və bərpa olunan enerji potensialı böyükdür

“Azərbaycanın yerləşdiyi əlverişli təbii coğrafi mövqeyi və iqlimi alternativ enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Artıq bu istiqamətdə ölkəmizdə genişmiqyaslı iş aparılır və müsbət nəticə də ortada var. Bir neçə gün öncə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında açıqlandı ki, ötən il istehsal olunan enerjinin 1,2 faizi bərpa olunan enerji mənbələrindən əldə olunub. Belə ki, bərpa olunan enerji mənbələri hesabına 339,9 milyon kilovat/saat elektrik enerjisi istehsal edilib. Onun da 91,5 milyon kilovat/saatı külək, 55,2 milyon kilovat/saatı günəş, qalan 193,2 milyon kilovat/saatı isə bioenerji mənbələrinin payına düşüb. Statistika göstərir ki, artıq bu sahədə müsbət dinamika var və yaxın gələcəkdə ölkəmizin enerji təchizatında alternativ enerji mənbələri mühüm rola malik olacaq”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.“Ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadə olunması ətraf mühütün çirklənməsinin qarşısının alınmasına və ənənəvi enerji mənbələrindən qənaətlə istifadəyə gətirib çıxarır. Ekoloji təmizliyi, tükənməzliyi, həmçinin kiçik ərazidə belə tətbiq imkanı olduğundan külək enerjisi digər enerji mənbələrindən daha əlverişli hesab olunur. Bu enerjini istehsal etmək üçün ölkəmizin təbii potensialı da böyükdür. Belə ki, Abşeron yarımadasında və Xəzərboyu ərazilərdə küləkli günlərin çox olması külək enerjisi istehsalına əlverişli şərait yaradır. Həmçinin Azərbaycanda ildə 300 günəşli günün olmasını nəzərə alsaq, burada Günəş enerjisinin inkişafı da, sözsüz ki, perspektivlidir”, – Milli Məclisin deputatı deyib.Onun sözlərinə görə, bu il yanvarın 13-də Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının, martın 15-də isə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməllərinin qoyulması ölkəmizdə bu istiqamətdə aparılan işlərin geniş miqyasını göstərir. Hər iki tədbirədə – təməlqoyma mərasimində bilavasitə dövlətimizin başçısı cənab İlham Əliyevin iştirak etməsi, layihələrin əhəmiyyəti barədə nitq söyləməsi onun bu sahəyə dəstəyinin və inkişafına marağının təzahürüdür. Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı zamanı Prezident İlham Əliyev dünyanın aparıcı enerji şirkətlərinin Azərbaycanla bu sahədə əməkdaşlıqda maraqlı olmasından bəhs etdi. Xüsusilə qeyd edim ki, Buna ölkəmizdə mövcud olan təbii imkanlarla yanaşı, həm də əlverişli investisiya mühiti də münbit şərait yaradır. Artıq Azərbaycan etibarlı tərəfdaş kimi özünü bütün dünyada təsdiqləyib. Bu da xarici şirkətlərin ölkəmizə olan marağını durmadan artırır”.S.Möhbalıyev əlavə edib ki, Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi ölkəmizin enerji təhlükəsizliyində mühüm layihə olmaqla, həmçinin məşğulluğun artmasında, sahə üzrə ixtisaslı kadrların yetişməsində, karbohidrogen ehtiyatlarına qənaət olunmasında böyük əhəmiyyət daşıyacaq. Bildirib ki, dəyəri 225 milyon ABŞ dolları olan layihənin illik 500 milyon kVt/saat elektrik enerjisi istehsal etməsi nəticəsində ölkəmizdə 110 milyon kubmetr qaza qənaət yaranacaq və 200 min tondan artıq karbon emissiyasının atmosferə buraxılmasının qarşısı alınmış olacaq, təbii ki, bu da müsbət tendensiyadır. AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi

17.03.2022

AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib

AHİK daha 4 mindən çox ailəyə sovqat göndərib

Hər bir vətəndaşın qayğısına qalmaq, qarşılaşdıqları problemləri aradan qaldırmaq, xüsusən şəhid ailələrinə və qazilərə, müharibə iştirakçılarına, aztəminatlı aillərərə diqqət göstərmək, onlara maddi və mənəvi dəstək olmaq dövlətimizin başçısı cənab İlham Əliyevin daxili siyasət kursunun ana xəttini təşkil edir. Bu məqsədlə ölkəmizdə müxtəlif layihələr icra olunur, vətəndaş rifahının təminatı, həssas əhali qruplarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində çox mühüm işlər görülür.Dövlət qurumları ilə yanaşı, ölkəmizin aparıcı ictimai təşkilatları da bu tipli humanist layihələrə dəstək verir, həmin kateqoriyadan olan insanlara qayğı göstərilir.Bu istiqamətdə Heydər Əliyev Fondunun bütün fəaliyyəti bir nümunədir. Fondun prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə, xüsusi qayğıya ehtiyacı olan şəxslərə hər zaman, o cümlədən bayramlarda və dövlətimiz üçün əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil olunur.Azərbaycan həmkarlar ittifaqları da qeyd olunan sosial layihələrin əsas iştirakçılarındandır. Bu yöndə dövlətimizin bütün çağrışlarına adekvat cavab verir, həmçinin öz təşəbbüsləri ilə xeyirxah addımlar atırlar.Belə ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarları əsasında 2020-ci il aprelin 29-da respublikanın 76 şəhər və rayonunda yaşayan 3 900, 2021-ci il martın 17-də yenə həmin sayda – 76 şəhər və rayonda yaşayan 3 900, ötən il mayın 8-də 76 şəhər və rayonu əhatə edən 4 000 və Naxçıvan Muxtar Respublikasında yaşayan 1 000 şəhid və qazi ailələrinə, pandemiyadan zərərçəkənlərə, aztəminatlı ailələrə sovqatlar paylanılmışdır.Bu nəcib ənənənin davamı olaraq AHİK İcraiyyə Komitəsinin 4 Mart 2022-ci il tarixli qərarına əsasən, martın 16-da Novruz bayramı münasibətilə respublikanın 76 rayonunda yaşayan 4 065 aztəminatlı ailəyə ərzaq dolu maşın karvanı yola salınıb. Bundan başqa, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına bu məqsəd üçün 50 000 manat məbləğində vəsait köçürülüb.Jurnalistlərə müsahibəsində AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev bildirib ki, Azərbaycan həmkarlar ittifaqları şəhid ailələrini, qaziləri, müharibə iştirakçılarını, bundan başqa, aztəminatlı ailələri hər zaman diqqətində saxlayır, imkanları daxilində heç bir köməyi onlardan əsirgəmir: “Biz istər Pandemiya, istərsə də Vətən müharibəsi və ondan sonrakı dövrlərdə həssas əhali qruplarına müxtəlif yardımlar etmişik. Bu işdə sahə həmkarlar ittifaqları da aktivdir. Bütün əlamətdar günlərdə onlara lazımi köməkliklər göstərilir. Biz həmçinin şəhid ailələrinin, onların övladlarının problemləri ilə daim maraqlanır, demək olar ki, imkanımız daxilində onlara hər cür dəstəyi verməyə çalışırıq. Şəhidlərin ailələrinə baş çəkilir, hədiyyələr təqdim olunur və belə tədbirlərimiz mütəmadi xarakter daşıyır”.S.Möhbalıyev qeyd edib ki, şəhid övladları da həmkarlar ittifaqları tərəfindən himayəyə götürülür: “Biz indiyə kimi 172 şəhidin 286 övladını himayəyə götürmüşük. Hər ay onların hesabına pul köçürülür. Düzdür, onlar dövlətimiz tərəfindən hərtərəfli himayə olunur, amma biz də – ictimai təşkilatlar da onlara hər cür dəstəyi göstərməliyik. Həmçinin həmkarlar ittifaqları üzvləri ilə yanaşı, şəhid ailələrini, qaziləri yollayışlarla da təmin edir. Onların istirahətləri, müalicələri üçün istirahət mərkəzlərinə, sanatoriyalara yollayışlar veririk”.AHİK sədri vurğulayıb ki, “YAŞAT” Fonduna da yardımlar edirik: “AHİK-in İcraiyyə Komitəsinin martın 4-də keçirilən iclasında qərara alındı ki, daha 50 min manat “YAŞAT” Fondunun hesabına köçürülsün və bunula da ümumilkdə 658 870 manat Fondun hesabına köçürmüşük. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərimizin bərpasına da yardımlar edirik. İcraiyyə Komitəsinin son iclasında Qarabağ Dirçəliş Fonduna da daha 50 min manatın köçürülməsi ilə bağlı qərar qəbul olundu. Bununla da Fonda ümumilikdə köçürülən məbləğ 650 000 manat təşkil edir. Bu gün dövlətimizin əsas işlərindən biri də məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bilirsiniz ki, hazırda Şərqi Zəngəzurda və Qarabağda sürətli şəkildə abadlıq-quruculuq işləri aparılır. Artıq bəzi layihələr yekunlaşıb. İnanırıq ki, yaxın zamanlarda həmin ərazilər cənnəti xatırladacaq və sakinlər, dövlətimizin başçısı cənab İlham Əliyevin sözləri ilə desək, o ərazilərdə əbədi xoşbəxt yaşayacaqlar”.Milli Məclisin deputatı əlavə edib ki, bu tipli humanist layihələrimizi bundan sonra da davam etdirəcəyik.1-4.jpg 172.42 KB2-4.jpg 182.27 KB3-3 (1).jpg 116.07 KB4-3.jpg 182.97 KB5-2.jpg 163.72 KB6-1.jpg 215.04 KB

16.03.2022

ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib

ATİAHİ Respublika Komitəsi ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatları göndərib

Novruz bayramı ərəfəsində, ənənəsinə sadiq qalaraq, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi xeyirxahlıq aksiyaları həyata keçirməkdədir. Belə aksiyalardan biri də ölkə ərazisindəki qaçqın və köçkün məktəblərinin şagirdlərinə bayram sovqatlarının paylanmasıdır. Respublika Komitəsi bu məqsədlə 10 min sovqat dəsti hazırlayıb Bakıdakı və bölgələrdəki məktəblərə göndərmişdir. Bölgələrdə hədiyyələrin paylanması rayon həmkarlar ittifaqı komitələrinə həvalə olunmuşdur. Alınan məlumatlara görə, artıq əksər məktəblərdə sovqatlar şagirdlərə çatdırılmışdır.Sovqatların bir qismi isə paytaxtdakı qaçqın məktəblərində paylanır. Martın 15-də Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və şöbə müdiri Rüstəm Nəzirov Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən Füzuli rayon 50 saylı ümumtəhsil tam orta məktəbində olmuşlar. Sovqatlar müəllimlərin və sahə Hİ Qaradağ Rayon Komitəsinin sədri Əli Sadıqovun iştirakı ilə təntənəli şəkildə şagirdlərə təqdim olunmuşdur. Tədbirdə çıxış edən Mirzə Cəfərzadə müəllim kollektivini, şagirdləri qarşıdan gələn bayram münasibətilə AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik etmiş, onun xoş arzularını çatdırmışdır. Üzünü şagirdlərə tutaraq demişdir ki, siz xoşbəxt uşaqlarsınız. Siz valideynlərinizdən fərqli olaraq işğala məruz qalmış torpaqların xiffəti ilə deyil, azad edilmiş cənnət Qarabağın sevinci ilə yaşayan nəslin nümayəndələrisiniz. Siz 44 günlük Vətən müharibəsinin qürurunu yaşadınız. Atalarınızın, böyük qardaşlarınızın şücaətinin canlı şahidi oldunuz. Siz bu müharibədən çox şey öyrəndiniz. Bildiniz ki, qəhrəman xalqın övladlarısınız. Bildiniz ki, qəhrəmanlığın mayasında xalqın birliyi, həmrəyliyi durur. Xalq ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşdi. Bu birlik dəmir yumruğa çevrildi. Həmin dəmir yumruğun qarşısında Ermənistanın ordusu, hakimiyyəti, havadarları tab gətirə bilmədilər, məğlubiyyətə uğradılar. Bu qələbə sizə, valideynlərinizə soykökünüzün, əcdadlarınızın minillər boyu yaşadığı doğma torpaqlara qayıdışına yol açdı. İnşallah, yaxın vaxtlarda siz təhsilinizi Qarabağda davam etdirəcəksiniz. Biz orada da bayram hədiyyələrimizlə sizin qonağınız olacağıq.Məktəbin direktoru Günel Kazımova bu diqqət və xeyirxah aksiyaya görə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə, onun sədri, millət vəkili Səttar Möhbalıyevə təşəkkürünü bildirdi. Dedi ki, hədiyyələr üçün sağ olun - amma, özünüz də gördünüz, hədiyyələrdən daha çox şagirdlərimizi təşkilatınızın sayğısı sevindirdi. Açığı, etiraf edim ki, respublikamızda xoş gündə, ağır məqamlarda xalqın yanında olan, xalqa, xüsusilə həssas təbəqələrə dəstək göstərən ictimai təşkilatlar arasında həmkarlar ittifaqı xüsusi yer tutur. Pandemiya dövründə, Vətən müharibəsi günlərində hansı köməkləri göstərdiyinizi xalq yaxşı bilir və qiymətləndirir. Elə bu məktəblilər də bunu öz timsallarında bildilər. Bu xeyirxahlıq, yəqin ki, onların yaddaşına əbədi həkk olundu. Böyüyəndə, əmək fəaliyyətinə başlayanda, çox güman ki, həmkarlar ittifaqının üzvü, təbliğatçıları və təəssübkeşləri olacaqlar.Gətirilmiş Novruz sovqatları tədbirin sonunda şagirdlərə verildi.Respublika Komitəsi də görüşdən hədiyyəsiz qayıtmadı: şagirdlər onları bir ürəkdolusu təbəssümlə, sevinclə yola saldılar.

15.03.2022

Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb

Azərbaycan həmkarlar ittifaqları “YAŞAT” Fonduna 658 870 manat vəsait köçürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş hərbi qulluqçulara və şəhid olmuş şəxslərin ailələrinin üzvlərinə işğaldan azad edilmiş ərazilərdə xidməti vəzifələrini yerinə yetirərkən, habelə hərbi əməliyyatlar bitdikdən sonra onun nəticələrinin aradan qaldırılmasında iştirak etməsi nəticəsində əlilliyi müəyyən olunmuş dövlət orqanlarının əməkdaşlarına və ya həlak olmuş əməkdaşların ailə üzvlərinə, həmçinin sosial müdafiə sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün Azərbaycan Prezidentinin 2020-ci il 8 dekabr tarixli Fərmanı ilə “YAŞAT” Fondu yaradılıb.Böyük humanitar missiyanı özündə ehtiva edən Fonda könüllü ödəmələr dayanmadan davam edir. Bu, cəmiyyətimizdə yaşanan milli birliyin və həmrəyliyin göstəricisidir.Azərbaycan həmkarlar ittifaqları da Fondun hesabına ianələr edirlər.Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) və üzv təşkilatları tərəfindən müxtəlif vaxtlarda Fondun hesabına 608 870 manat vəsait köçürülüb.Bu işlərin davamı olaraq AHİK-in İcraiyyə Komitəsinin 4 mart 2022-ci il qərarı ilə daha 50 000 manat vəsait Fondun hesabına köçürülüb.

14.03.2022

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo