ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə rayon məktəblərinin müəllimlərinin istirahətinin səmərəli və mənalı keçirilməsi üçün Quba rayonuna bir günlük tur təşkil edilib. Səfər zamanı rayonun istirahət mərkəzlərinə baş çəkilib, mənzərəli yerləri seyr edilib, fotolar çəkdirilib. Həmçinin tur iştirakçıları üçün süfrə açılıb, yerli mətbəxin ləziz təamlarından dadılıb. Müəllimlər onların istirahəti üçün yaradılmış şəraitindən razı qaldıqlarını ifadə ediblər.