Qubadlı müəllimlərinin yubiley tədbiri keçirilib


Qubadlı rayonunun Faiq Qasımov adına Mahmudlu kənd tam orta məktəbinin və Aslan Atakişiyev adına Muradxanlı tam orta məktəbinin 65 yaşı tamam olmuş müəllimləri ilə görüş keçirilib.

Görüşdə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdir müavini Zakir Qasımov, məktəblərin direktorları və ilk həmkarlar təşkilatlarının sədrləri iştirak ediblər.

Yubiley münasibətilə müəllimlər təbrik edilib, onların pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin təhsil sahəsində uğurlarından danışılıb.

Yubiliyarlar təbrikə görə təşəkkür edib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

Sonda onlara Fəxri fərman və hədiyyələr təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo