Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin üzvləri döş nişanları və fəxri fərmanlarla təltif edilmişlər

Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının professor-müəllim heyətinin üzvləri döş nişanları və fəxri fərmanlarla təltif edilmişlər

Ü.Hacıbəyli adina Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə  Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən  BMA-nın bir sıra professor-müəllim heyətinin üzvleri döş nişanları ilə və fəxri fərmanlarla təltif edilmişlər.İttifaq üzvlərinə hədiyyələr və mükafatlar da verilmişdir.AL5A9722.JPG 4.7 MBHəmçinin BMA-nın  iki tələbəsinə adlı təqaüd təqdim olundu. Tədbirdə BMA-nın Tədris İşləri üzrə prorektoru, professor  Nərminə Quliyeva, ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və BMA-nın Həmkarlar təşkilatının rəhbər işçiləri iştirak etmişdirlər.

25.11.2021

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb

“İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçiləri mükafatlandırılıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Möhbalıyev AHİK tərəfindən keçirilmiş “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş təhsil işçilərinə Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edilib. Qaliblərlə görüş zamanı AHİK sədri onları qazandıqları bu nailiyyət münasibətilə təbrik edib. Sədr, Azərbaycanın gələcəyi olan gənclərin layiqli vətəndaş kimi yetişməsində təhsilin rolundan danışaraq qeyd edib ki, Azərbaycanda təhsil sahəsinin inkişafı prioritet istiqamətlərdən birini təşkil edir. Mütəmadi olaraq təhsil işçilərinin əməyi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qiymətləndirilir. Onlara müxtəlif fəxri adlar verilir, sosial şəraitlərinin yaxşılaşdırılması ilə bağlı addımlar atılır. Bir neçə gün öncə Zəfər Gününün qeyd edilməsini xatırladan S.Möhbalıyev bildirib ki, Azərbaycanın 44 günlük zəfər savaşında yüzlərlə təhsil işçiləri də silaha sarılaraq döyüşlərdə iştirak edib, müxtəlif orden və medallarla təltif ediliblər. 20 nəfər təhsil işçisi isə canını fəda edərək şəhidlik zirvəsinə yüksəlib: “Bu onu göstərir ki, təhsil işçilərimiz həm övladlarımızın milli vətənpərvərlik ruhunda tərbiyə olunmasında əmək sərf edir, həm də lazım gələndə əlinə silah alaraq torpaqlarımızın azadlığı uğrunda ölüm-dirim savaşına qoşularaq canını fəda edir. Biz hər birimiz belə Azərbaycan oğulları ilə fəxr edirik”. S.Möhbalıyev pandemiya şəraitində təhsil prosesinin həyata keçirilməsinin məsuliyyəti və çətinliklərindən danışaraq qeyd edib ki, təhsil işçilərimiz bu çətinliyin də öhdəsindən uğurla gəlir. Sonra AHİK sədri müsabiqənin qalibi olmuş təhsil işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, Fəxri Diplom, Döş nişanı və vəsiqələr təqdim edib. IMG_0788.JPG 795.85 KBIMG_0763.JPG 671.38 KBIMG_0765.JPG 728.81 KBIMG_0766.JPG 665.78 KBIMG_0775.JPG 545.42 KBIMG_0778.JPG 559.2 KBIMG_0779.JPG 525.08 KBIMG_0783.JPG 513.6 KBIMG_0784.JPG 614.23 KBIMG_0787.JPG 851.99 KB

22.11.2021

AHİK sədri Səttar Möhbalıyev Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

AHİK sədri Səttar Möhbalıyev Milli Dirçəliş Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib

17 Noyabr – Milli Dirçəliş Günü münasibətilə dövlətimizin başçısı cənab İlham Əliyev başda olmaqla bütün Azərbaycan xalqını öz adımdan və həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm.Birliyimizin və həmrəyliyimizin rəmzi olan bu əziz gündə hər birinizə möhkəm cansağlığı, əmin-amanlıq və firavan həyat arzulayıram. Bu gün müstəqil dövlət olaraq qazadığımız uğurların, əldə etdiyimiz nailiyyətlərin təməlində dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməyimiz durur. Qoy bu birlik həmişə sarsılmaz və əbədi olsun. Uca Yaradandan Vətənimizə əbədi sülh və sabitlik arzulayıram.Bayramınız mübarək, əziz həmvətənlər!

17.11.2021

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konstitusiya Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib

AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Konstitusiya Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib

12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə dövlətimizin rəhbəri cənab İlham Əliyev başda olmaqla bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından təbrik edirəm. Bu əlamətdar gündə hər birinizə cansağlığı, əmin-amanlıq və firavanlıq arzulayıram.Demokratik, hüquqi, dünyəvi və unitar dövlət qurulması işinə hüquqi zəmin yaratmış, insan hüquqlarının aliliyini müəyyənləşdirən, milli birlik və vətəndaş həmrəyliyi prinsipini tərənnüm edən Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirəm.Bir daha bayramınız mübarək olsun!

12.11.2021

Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur

Azərbaycan Konstitusiyası dünyanın ən mükəmməl ali qanunlarından hesab olunur

“12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə bütün xalqımızı öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının çoxsaylı üzvləri adından səmimi qəlbdən təbrik edirəm. 12 Noyabr Azərbaycanın həyatında əlamətdar və tarixi bir gündür. Suveren və müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri sayəsində dərin siyasi böhrandan çıxaraq dövlət quruculuğu sahəsində intibah mərhələsinə qədəm qoyması milli ruhda konstitusiyanın hazırlanmasını zəruri edirdi. Bilavasitə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də xalqın iradəsi əsasında müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım və böyük nailiyyət idi. Hər bir dövlətin mahiyyəti, xarakteri, xüsusiyyəti onun Konstitusiyasında əksini tapır. Azərbaycanın Konstitusiyası demokratiyanın təməl prinsiplərinə əsaslanaraq insan hüquq və azadlıqlarının üstünlüyünü, siyasi plüralizmi, hakimiyyət bölgüsünü təsbit etməklə müasir dünyanın ən mükəmməl ali qanunlarından biri hesab olunur”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.AHİK sədri bildirib ki, Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilib: “Belə ki, 158 maddədən 48-də insan hüquq və azadlıqlarından bəhs olunur və dövlətin ali məqsədi kimi təsdiqlənir. Bu da Konstitusiyamızın müəllifi Ulu Öndər Heydər Əliyevin demokratik dəyərlərə verdiyi ali münasibəti göstərir. İnsanın sahib ola biləcəyi bütün hüquqlar, o cümlədən əmək, istirahət, sosial təminat, təhlükəsiz yaşamaq, təhsil, vicdan azadlığı, fikir və söz azadlığı, dövlətin idarə olunmasında iştirak etmək və başqa hüquqlar Konstitusiyamızda əksini tapıb və hər bir maddə vətəndaşların mənafeyinə xidmət edir”.“Konstitusiyada xalqın siyasi hakimiyyətin yeganə mənbəyi kimi göstərilməsi, dövlətimizin demokratik, hüquqi və dünyəvi xarakter daşıması, hakimiyyət bölgüsü prinsipinin tətbiqi onun demokratik təbiətini əks etdirir. Buna uyğun olaraq ölkəmizdə qısa müddətdə dövlət idarəetmə sistemi formalaşdı, icra, qanunvericilik və məhkəmə orqanlarının səmərəli fəaliyyəti təmin edildi, məhkəmə-hüquq sistemi beynəlxalq standartlara uyğunlaşdırıldı. Ardıcıl olaraq həyata keçirilən islahatlar nəticəsində dövlət quruculuğu prosesi uğurla tamamlandı, insan hüquqları təmin edildi, qanunun aliliyi bərqərar oldu, yeni mütərəqqi qanunlar hazırlandı. Bütün bunların həyata keçirilməsində Konstitusiyamız hüquqi baza rolunu oynadı. Həmçinin əfvetmə institutunun bərpa edilməsi, ölüm hökmünün ləğvi, mətbuat üzərindən senzuranın götürülməsi bu istiqamətdə görülən işlərin davamıdır”, – deyən Milli Məclisin deputatı Səttar Möhbalıyev fikrini belə tamamlayıb:“Böyük fəxarətlə deyə bilərik ki, ötən il Şərqi Zəngəzurun və Qarabağın Ermənistanın işğalından azad olunması ilə həmin ərazilərdə də Konstitusiyanın hüquqi qüvvəsi tam təmin edildi, pozulmuş ərazi bütövlüyümüz bərpa olundu. Bu, böyük qələbə və tarixi nailliyyətdir. Bir daha bayramınız mübarək olsun”.

11.11.2021

8 noyabr Zəfər Günü

8 noyabr Zəfər Günü "N" saylı Hərbi Hissədə qeyd olundu

8 Noyabr - Zəfər Günü ilə bağlı Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində görüş keçirib. Görüşdə Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edib. O, tədbir iştirakçılarına Respublika Komitəsinin sədri, millət vəkili Səttar Möhbalıyevin salamlarını çatdırıb. Qeyd edib ki, bir il öncə 44 günlük Vətən müharibəsi nəticəsində 30 illik həsrətə son qoyulub və Azərbaycanın işğal altında olan torpaqları azad edilib: “Mən ilk növbədə hər birinizi Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan üzərindəki şanlı qələbəsi münasibətilə təbrik edirəm! Ali Baş Komandan, Prezident    İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Hərbi əməliyyatlar nəticəsində Ermənistan ordusunu və onun uzun illər qurduğu istehkamları darmadağın etdi. Düşmən kapitulyasiya bəyanatını imzalamağa məcbur edildi”.WhatsApp Image 2021-11-12 at 10.19.11.jpeg 230.62 KBTədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin hazırladığı konsert proqramı ilə davam etdirildi.WhatsApp Image 2021-11-12 at 10.19.10 (1).jpeg 203.06 KB“N” saylı hərbi hissənin rəhbərliyi göstərilən diqqət və qayğıya görə Respublika Komitəsinə təşəkkürlərini bildirdilər.

05.11.2021

Bakı Dövlət Universitetinin tələbələrinə adlı təqaüdlər təqdim olunub

Bakı Dövlət Universitetinin tələbələrinə adlı təqaüdlər təqdim olunub

Bakı Dövlət Universitetinin 2020-2021-ci ilin yay imtahan sessiyasının nəticələrinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülmüş tələbələrinə təqaüdlər təqdim edilib. Tədbirdə ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə iştirak edib. O, təqaüdə layiq görülmüş tələbələri AHİK sədri, millət vəkili Səttar Möhbalıyevin adından təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. M.Cəfərzadə bildirib ki, ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. Bu təqaüdün verilməsində məqsəd tələbələrdə elmə, təhsilə marağın artırılması və Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətinə dəstək verməkdir. Bugünə qədər 2591 nəfər ali məktəb tələbəsi bu təqaüddən yararlanıb. 2021-ci ilin yay imtahan sessiyasının nəticəsinə görə adlı təqaüdə layiq görülən tələbələrdən 5 nəfəri Bakı Dövlət Universitetinin tələbələridir. 

03.11.2021

Gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələri  müzakirə olunub

Gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələri müzakirə olunub

Noyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə onlayn konfrans keçirilib. Ali təhsil müəssisələrinin həmkarlar ittifaqı təşkilatlarının sədrlərinin qoşulduğu tədbir gənclərin məşğulluğuna dair aparılmış təhlilin nəticələrinin müzakirəsinə həsr edilib. Konfransda ATİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə çıxış edərək gənclərin məşğulluğuna dair keçirilmiş təhlil və onun nəticələri barədə məlumat verib. Qeyd edib ki, təhlilin aparılmasında məqsəd gənclərin məşğulluq problemindən nə dərəcədə əziyyət çəkdiyini araşdırmaqdır. M.Cəfərzadə bildirib ki, son illər ölkədə həyata keçirilən məqsədyönlü sosial-iqtisadi islahatlar nəticəsində milli iqtisadiyyatın güclənməsi və dinamik inkişafı, dayanıqlı  sosial-iqtisadi infrastrukturun yaradılması və yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması əhalinin demoqrafik artımına şərait yaradıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 avqust 2020-ci il tarixli 279 nömrəli qərarı ilə “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası” təsdiq edilib: “Lakin gənclərin peşəyönümü işinin təşkili və metodik ədəbiyyatla təminatı sahəsində hələ də problemlər vardır. Bir sıra ali, orta ixtisas məktəblərində şagird və tələbələrin peşəyönümü işinə kifayət qədər diqqət yetirilmir, bu sahə üzrə kabinetlər yaradılmır. Bu da gələcək potensial işçi qüvvəsinin peşəyönümü işini xeyli çətinləşdirir. Əmək bazarında iş yeri uğrunda mövcud olan rəqabət, gənclər arasında işsizlik səviyyəsi Azərbaycanda da işsizlərin ümumi orta göstəricisindən yüksəkdir. Tələbələrin əldə etdikləri bilik və bacarıqların əmək bazarının kompetensiyalarına uyğun olmaması bu prosesi bir qədər də çətinləşdirir”. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən qəbul edilmiş «Gənclər siyasəti konsepsiyası», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasətinin həyata keçirilməsi», «Azərbaycan həmkarlar ittifaqlarının gənclər siyasəti üzrə fəaliyyətinin əsas istiqamətləri» haqqında qərarlar, “Kadr Siyasəti Konsepsiyası”nda və digər sənədlərdə gənc kadrların hazırlanmasına və onların təhsilinə xüsusi diqqət yetirildiyini xatırladan M.Cəfərzadə bildirib ki, gənclərin sosial həyatda fəal və yaradıcı bir qüvvə olaraq iştirakına çalışan AHİK onları narahat edən müxtəlif problemləri, qarşılaşdıqları çətinlikləri araşdırıb həll etmək üçün müəyyən işlər həyata keçirir. Gənclər arasında sorğuların keçirilməsi bu çətinliklərin müəyyən edilməsi məqsədini daşıyır: “Aparılan sorğu nəticəsində məlum olub ki, gənclər təhsili başa vurduqdan sonra ixtisasları üzrə iş axtarmaq istədiklərini, lakin iş təcrübəsinin olmaması, iş saatlarının uyğunsuzluğu, iş yerlərinin məhdudluğu kimi bir sıra çətinliklərlə  üzləşirlər”. M.Cəfərzadə qeyd edib ki, gəclərin məşğulluğuna dair AHİK-in əməkdaşı və ekspertlər tərəfindən aparılmış təhlil giriş və 8 fəsildən ibarətdir.  Hər bir fəsildə ayrı-ayrı istiqamətlər üzrə mövcud problemlərdən və perspektivlərdən bəhs edilir.Sonra o, ayrı-ayrı istiqamətlər üzrə ortaya çıxan nəticələr, problemlərin aradan qaldırılması üçün irəli sürülən təkliflərdən danışıb. Qarşılıqlı fikir mübadiləsi çərçivəsində keçirilən onlayn konfransda iştirakçılar gənclərin məşğulluq problemlərinin aradan qaldırılması ilə bağlı ali təhsil müəssisələrində həyata keçirilən tədbirlərdən danışıblar 

02.11.2021

Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb

Oktyabrın 18-də xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb

“18 oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə bütün Azərbaycan xalqını öz adımdan, həmçinin rəhbərlik etdiyim həmkarlar ittifaqlarının üzvləri adından təbrik edirəm. Bu günün Azərbaycan tarixində xüsusi yeri var. Xalqımızın müstəqil, azad yaşamaq arzusu reallaşıb. Minilliklərə söykənən tarixi ərzində böyük imperiyalara, dövlətlərə sahib olsa da, bəzən yaranmış tarixi şəraitlə əlaqədar müstəqilliyini itirməklə üz-üzə qalıb. Amma bir gün də olsun işğalla barışmayıb, milli-azadlıq mübarizəsini sonacan davam etdirib. Bu, Azərbaycan xalqının dəyişməz və sarsılmaz xarakteridir. Hər birimiz əminliklə inanırıq ki, ölkəmizin müstəqilliyi daimi olacaq və xalqımız azad yaşayacaq”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Milli Məclisin deputatı bildirib ki, Azərbaycan 1918-ci il mayın 28-də xalqın apardığı uzunmüddətli mübarizədən sonra müstəqillik qazandı: “Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində şanlı tariximizdə dərin iz qoydu, xalqımızın azad yaşamaq haqqını bütün dünyaya göstərdi. Demokratik respublika yaratmaq və qadınlara seçki hüququ verməklə şərqdə ilklərə imza atdı. Qısa müddətdə özünün əsas atributlarını – bayrağını, himnini və gerbini yaratdı. Həmçinin ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. Ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyi təmin edildi, yüksək döyüş qabiliyyətli hərbi hissələr yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il aprelin 28-də hərbi müdaxilə yolu ilə süqut etsə də, onun xalqımızın qəlbində bərqərar etdiyi azadlıq ideyası unudulmadı”.“Müstəqilliyimizin bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Sovet rəhbərliyi tərəfindən 1990-cı il yanvarın 20-də Bakıda törədilən qanlı hadisənin səhəri günü Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək cəsarətlə sovet rəhbərliyinin bu təcavuzkar əməlini tənqid etdi və bu təcavüz aktını bütün dünyaya çatdırdı. Həmçinin həmin ilin iyulun 22-də Naxçıvanda minlərlə insanın iştirak etdiyi izdihamlı mintinqdə çıxışı zamanı xalqı müstəqillik uğrunda sonacan mübarizə aparmağa çağırdı. Xalq içərsində Heydər Əliyevin böyük nüfuzu varı idi, ötən əsrin 70-ci illərində gördüyü işlərlə xalqın tükənməz məhəbbətini qazanmışdı, xalq onun hər bir çağırışına böyük şövqlə səs verirdi. Təbii ki, bu çıxış xalqımızın mübarizə yolunda mühüm situmul oldu. 1990-cı il noyabrın 17-də məhz Heydər Əliyevin sədrliyi ilə keçirilən Naxçıvan parlamentinin iclasında onun bilavasitə təşəbbüsü ilə Muxtar Respublikanın adından “Sovet Sosialist” sözləri götürüldü, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağı dövlət bayrağı kimi qəbul edildi. Beləliklə, Naxçıvanda müasir Azərbaycan dövlətçiliyinin təməli qoyuldu”, – AHİK sədri vurğulayıb.Deputat əlavə edib ki, əvvəlki illərdən fərqli olaraq bu gün xaqımız Müstəqilliyin Bərpası Gününü xüsusi əhval-ruhiyyədə qeyd edir: “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın bütün ərazisində dövlətimizin suveren hüquqları bərpa edildi, yarımçıq qalmış işlərimiz tamamlandı. Artıq xalqımız üçün çətin, ağrılı günlər keçimişdə qalıb. Bu gün min bir zəhmətlə, şərəflə qazandığımız uğurların sevincini yaşayırıq. Bir daha bayramınız mübarək olsun”.

02.11.2021

AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb

AHİK sədri Səttar Möhbalıyev türkiyəli həmkarları ilə görüşüb

Oktyabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev ölkəmizdə səfərdə olan Türkiyənin Qara Metallurgiya, Polad və Metalişləmə Sənayesi İşçiləri Həmkarlar İttifaqı Birliyinin (Özçelik-İş Sendikası) prezidenti Yunus Değirmenci ilə görüşüb.Hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə Azərbaycanla Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, həmçinin iki qurum arasındakı əlaqələrdən, əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətində görülən işlərdən və gələcək perspektivlərdən danışılıb.AHİK sədri bildirib ki, Türkiyə və Azərbaycanın münasibətləri qardaşlıq prinsiplərinə əsaslanaraq bütün sahələrdə möhkəm təməllər üzərində qurulub, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamları xalqlarımızın milli-mənəvi dəyərlər müstəvisində birliyinin təminatçısıdır.Onun sözlərinə görə, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyata keçirdikləri məqsədyönlü siyasət sayəsində ölkələrimiz arasındakı münasibətlər daha yüksək səviyyəyə çatmaqda, bir sıra sahələr üzrə isə keyfiyyətcə yeni müstəviyə keçməkdədir.İşğal olunmuş Azərbaycan torpaqlarının 2020-ci ildə əks-hücum əməliyyatı ilə erməni qəsbkarlarından azad edilməsi zamanı Türkiyə dövlətinin və onun prezidentinin Azərbaycana göstərdiyi mənəvi və diplomatik dəstəyi dəyərləndirən S.Möhbalıyev deyib ki, bu, sözün hər bir mənasında, təmənnasız qardaşlığın nümunəsi idi. Şuşa Bəyannaməsindən danışan Konfederasiya rəhbəri qeyd edib ki, Bəyannamə ölkələrimiz arasında mövcud olan siyasi, iqtisadi, ideoloji, humanitar və s. münasibətlərin bundan sonra da bütün müstəvilərdə davamlı inkişafını təmin edəcək.Daha sonra Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyətindən söz açan AHİK sədri bildirib ki, vətəndaşlarımızın ən böyük ictimai təşkilatı olan həmkarlar ittifaqları ölkəmizdə yeni cəmiyyət quruculuğunda yaxından iştirak edir, sosial siyasətin həyata keçirilməsində önəmli rol oynayır, dövlətin bütün çağırışlarına, o cümlədən sosialyönlü təkliflərinə adekvat cavab verir.S.Möhbalıyev əlavə edib ki, bu gün həmkarlar ittifaqları əmək prosesinə cəlb olunmuş Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəçisi kimi ölkəmizdə fəaliyyət göstərən bütün müəssisələrdə iş şəraitinin müasir standartlara uyğunlaşdırılması, sosial problemlərin həlli və əmək hüquqlarının təmin olunması sahəsində yeni metod və vasitələrdən istifadə edərək daha ardıcıl və məqsədyönlü fəaliyyət göstərir.Səmimi qəbula görə təşəkkür edən Özçelik-İş Sendikasının prezidenti Yunus Değirmenci Vətən müharibəsində Azərbaycanın qazandığı qələbəni tarixi hadisə adlandırıb və bu münasibətlə azərbaycanlı həmkarlarını təbrik edib. Qeyd edib ki, Azərbaycan və Türkiyənin həmkarlar ittifaqları arasında münasibətlər günü-gündən inkişaf edir, qarşılıqlı səfərlər təşkil edilir, təcrübə mübadilələri aparılır. Vurğulanıb ki, bu əlaqələrin daha da inkişafı üçün gələcəkdə də səylə çalışılacaq.Görüşdə həmçinin maraq doğuran digər məsələlər müzakirə olunub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkili çəkdirilib.

28.10.2021

Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır

Füzuli Beynəlxalq Hava Limanının açılması qələbəmizin davamıdır

“Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasəti, Azərbaycan xalqının sarsılmaz birliyi və yenilməz Ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız parlaq qələbə bizi növbəti uğurlara daşımaqdadır. Vaxtı ilə utopik görünən arzularımız indi realdır. İşğaldan azad olunmuş ərazilərimizdə bərpa-quruculuq işləri sürətlə və keyfiyyətli şəkildə davam etdirilir. Artıq bir sıra iri layihələrin icrası tamamlanıb. Ötən gün Qarabağın hava qapısı adlandırılan Füzuli Beynəlxalq Hava Limanının açılmasına bütün dünya şahid oldu. Qısa müddətdə – cəmi 8 ay ərzində müasir tələblərə tam cavab verən belə bir aeroportun inşa edilməsi dövlətimizin dayanıqlı iqtisadi qüdrətinin bariz nümunəsidir. Bu hava limanı bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək, turizm potensialını artıracaq, iqtisadi inkişafına təkan verəcək”.Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.Onun sözlərinə görə, Qarabağda beynəlxalq aeroportun inşa edilməsi Vətən müharibəsində qazandığımız qələbənin uğurlu nəticələrindəndir: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın açılış mərasimində iştirak etməsi bu hadisənin nə qədər əhəmiyyətli və tarixi xarakter daşıdığını göstərir. Türkiyə və Azərbaycan hər zaman bir-birinin yanında olub. Bu gün qardaş ölkə ilə bütün sahələrdə əlaqələr davamlı yüksələn xətt üzrə inkişaf edir, keyfiyyətcə yeni müstəviyə keçməkdədir. Vətən müharibəsi başlayan ilk saatlardan Türkiyə Prezidenti Azərbaycanla həmrəyliyini ifadə etdi. Bu, Azərbaycanın haqq işinə müdaxilə etmək iddiasında olan Ermənistanın havadarlarına bir mesaj idi. Qardaş ölkənin bütün dövlət strukturları Azərbaycanın qələbəsi üçün bütün sferalarda böyük əzmkarlıq göstərdilər, beynəlxalq təzyiqlərə baxmayaraq, qardaşlıq dəstəyi mövqeyindən geri çəkilmədilər. Ötən gün baş tutan açılış mərasimində qardaş ölkənin liderinin iştirak etməsi bu həmrəyliyin məntiqi davamıdır”.Milli Məclisin deputatı bildirib ki, Azərbaycan və Türkiyə prezidentləri tərəfindən təməli qoyulan Zəngəzur dəhlizi – Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu bölgə ilə yanaşı, bütün region ölkələri üçün əhəmiyyətli olacaq, iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verəcək.

28.10.2021

BMU-nun rektoru Havar Məmmədov ATİAHİ-nin 100 illiyi ilə əlaqədar  “Yubiley döş nişanı” ilə təltif olunub

BMU-nun rektoru Havar Məmmədov ATİAHİ-nin 100 illiyi ilə əlaqədar “Yubiley döş nişanı” ilə təltif olunub

Bakı Mühəndislik Universitetinin (BMU) rektoru, professor Havar Məmmədov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub. Rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.Mükafat Havar Məmmədova ATİAHİ Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə ilə keçirilən görüşdə təqdim edilib.Təqdimetmə mərasimində çıxış edən M. Cəfərzadə deyib ki, təmsil etdiyi qurum təhsil sahəsində çalışanların əmək və sosial hüquqlarının qorunmasında, onların istirahətlərinin təşkilində mühüm rol oynayır.  O universitetin həmkarlar ittifaqı komitəsinin fəaliyyətinə verdiyi dəstəyə görə, Havar Məmmədova  təşəkkürünü bildirib.H. Məmmədov ona göstərilən etimada və diqqətə görə, AHİK-in rəhbərliyinə minnətdarlığını ifadə edib. Universitet haqqında ətraflı məlumat verən Havar Məmmədov eyni zamanda BMU-nun Həmkarlar İttifaqı Komitəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv fəaliyyətinə toxunub. Azərbaycanda həmkarlar ittifaqlarının keçdiyi tarixi yoldan, əldə etdiyi nailiyyətlərdən bəhs edən rektor BMU ilə ATİAHİ Respublika Komitəsi arasında əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyindən əminliyini vurğulayıb.

27.10.2021

III Türk Dünyası Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir

III Türk Dünyası Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir

Oktyabrın 22-24-də Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşkilatçılığı ilə III Türk Dünyası Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş elmi konfrans keçirilmişdir. Pandemiya ilə əlaqədar onlayn formatında  baş tutmuş konfransda Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Səbuhi İmanov iştirak etmişlər. Tədbirə Türkiyə təhsil nazirinin müavini, prof. dr. Mustafa Safran, Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin sədri Talip Geylan, Qazaxıstan, Qırğızıstan, Makedoniya və Rumıniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının sədrləri və türkdilli ölkələrin yüzlərlə elm adamı iştirak qatılmışdır.Videokonfransın açılışında M.Cəfərzadə də çıxış etmişdir. O, iştirakçıları AHİK-in sədri, millət vəkili, doktor-professor Səttar Möhbalıyevin adından salamlamış və konfransa işində uğurlar arzulamışdır.M.Cəfərzadə qeyd etmişdir ki, 2017-ci ildən bəri üçüncü dəfədir ki, Türk Egitim-Sen və Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinin təşəbbüsü ilə Mühəndislik və Fənn Bilimlərinə həsr olunmuş konfrans keçirilir. Mühəndislik və Fənn Bilimləri konfransı inkişaf etməkdə olan Türkdilli ölkələrin elm və təhsil sahəsində, eləcə də sosial və mədəni sahələrdə əməkdaşlığını möhkəmləndirir. Yüzlərlə türkdilli gənc alimin yetişməsinə vəsilə olur,  onların elm sahəsində beynəlxalq arenaya çıxmasına şərait yaradır. Bu cür elmi konfranslar müasir elmi tədqiqatların məhsulu olan ən son yenilikləri təkcə türkdilli ölkələr arasında deyil, bütün dünyada bu dildə danışan hər bir kəslə bölüşməyə imkan verir. M.Cəfərzadə daha sonra demişdir ki, türklər, zamanından və məkanından asılı olmayaraq, mövcud olduqları hər yerdə tarixi izlər buraxmış və bəşəriyyətin gələcək inkişafına çox böyük töhfələr vermişlər. Dünya sivilizasiyasının təməlində duran türkçülük dəyərləri başqa millətlərin də təkamülünü sürətləndirmişdir. Düşünürəm ki, bu konfransda elm adamlarının egitim və sosial bilimlərlə əlaqədar fikirləri dəyərləndiriləcək  və yeni tədqiqatların əsası qoyulacaqdır.

22.10.2021

AHİK sədri Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

AHİK sədri Səttar Möhbalıyev Azərbaycan müəllimlərini təbrik edib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Azərbaycan müəllimlərini təbrik edib.Təbrikdə AHİK sədri mənalı ömrünü ölkəmizin parlaq gələcəyi naminə bu peşəyə həsr edən ziyalılarımıza şərəfli fəaliyyətlərində uğurlar arzulayıb. Bildirib ki, Ulu Öndər Heydər Əliyev həmişə müəllim adının ucalığını, nüfuz və hörmətini yüksək qiymətləndirib, təhsilin inkişafı üçün lazım olan bütün zəruri tədbirlərin həyata keçirilməsini, müəllimlərin sosial rifah halının yaxşılaşdırılmasını diqqətdə saxlayıb. S.Möhbalıyev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatları, maddi-texniki bazanın möhkəmləndirilməsi, göstərilən hərtərəfli diqqət və qayğı öz bəhrəsini verməkdədir. Onun sözlərinə görə, bu gün respublikada təhsilin müasirləşdirilməsi, kadr hazırlığı, dünya təcrübəsinin mənimsənilməsi kimi məsələlər diqqət mərkəzindədir.Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycanın Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkə ərazisində tikilib istifadəyə verilən müasir məktəblər, yeni təhsil kompleksləri tədrisin səviyyəsinin yüksəlməsinə münbit zəmin yaradıb və bu sahədə görülən tədbirlər ali, orta və peşə təhsilinin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasında öz müsbət nəticələrini verməkdədir.S.Möhbalıyev əlavə edib ki, sahə həmkarlar ittifaqı ilə birgə görülən işlər müəllimlərin sosial-iqtisadi problemlərinin həllinə, onların əmək şəraitinin yaxşılaşdırılmasına, asudə vaxtlarının və istirahətlərinin səmərəli təşkilinə yönəlib. O, əmin olduğunu bildirib ki, müəllim adı bundan sonra da hörmətlə çəkiləcək, cəmiyyətimizdə böyük nüfuz və hörmət sahibi olacaqdır.

05.10.2021

Bakı şəhərinin rayon komitəsi sədrləri ilə onlayn seminar keçirilib

Bakı şəhərinin rayon komitəsi sədrləri ilə onlayn seminar keçirilib

Sentyabrın 2-də Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Bakı şəhərinin rayon komitəsi sədrləri ilə onlayn seminar keçirilib. Tədbirdə çıxış edən ATİAHİ Respublika Komitəsinin sədri Mirzə Cəfərzadə bildirib ki, Respublika Komitəsi tərəfindən vaxtaşırı olaraq onlayn seminarlar, konfranslar təşkil olunur. Yeni dərs ilinin başlanması ilə bağlı nəzərdə tutulan tədbirlərdən danışan M.Cəfərzadə qeyd edib ki, ilk təşkilat sədrləri məktəblərdə dərs bölgüsündə yaxından iştirak etməlidir. Həmçinin müəllimlərin yerdəyişməsi və işə qəbulu ilə bağlı yeni işə qəbul edilmiş təhsil işçilərinin həmkarlar ittifaqı üzvlüyünə cəlb edilməsi ilə bağlı iş aparılmalıdır: “Yeni işə qəbul edilmiş təhsil işçiləri ilə görüşlər keçirilərək onlara həmkarlar ittifaqı üzvlüyünə qəbul edilməyin üstünlükləri izah edilməlidir. Həmçinin ittifaqa qəbul edilmə zamanı təlimata uyğun olaraq sənədləşmə işləri qaydasında aparılmalıdır”. Bakı şəhərində yerləşən peşə təhsili müəssisələrinin birləşdirilməsi ilə bağlı məlumat verən M.Cəfərzadə bildirib ki, birləşdirilmə prosesi başa çatmış peşə təhsili müəssisələrində yeni təşkilatlar təsis edilməli, təşkilatlar yenidən formalaşdırılmalıdır. 3.jpg 157.5 KBSonra tədbirdə ATİAHİ Respublika Komitəsinin təşkilat şöbəsinin müdiri Emil Rüstəmov danışaraq qeyd edib ki, 2022-ci ildə ATİAHİ-nin üzv təşkilatlarında hesabat-seçki konfranslarının keçirilməsi nəzərdə tutulmuşdur. E.Rüstəmov bildirib ki, rayon komitələri hesabat-seçki konfranslarına ciddi sürətdə hazırlaşmalı, seçkilər demokratik prinsiplər əsasında keçirilməlidir: “Seçkilər vaxtı layiqli namizədlərin seçilməsinə şərait yaradılmalı və müəssisə rəhbərlərinin seçkilərə müdaxiləsinə yol verilməməlidir. Rayon komitəsi sədrləri çalışmalıdır ki, layiq olan və kollektiv içində nüfuza malik insanlar ilk təşkilatlarda sədr seçilsinlər. Nəzərə almaq lazımdır ki, həmkarlar ittifaqlarının gücü ilk təşkilatlardadır”. Tədbirdə çıxış edən Respublika Komitəsinin katibi, Əmək haqqı və sosial müdafiə şöbəsinin müdiri Zəfər Məmmədov ATİAHİ Respublika Komitəsi ilə Təhsil Nazirliyi arasında bağlanmış “2021-2023-cü illər üçün Kollektiv Saziş”də öz əksini tapan müddəalardan bəhs edərək bildirib ki, 2021-ci ilin 20 sentyabrına qədər Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə Bakının rayon komitələri arasında kollektiv müqavilə bağlanmalıdır. Təhsil İdarəsi ilə bu barədə müzakirələrin aparıldığını qeyd edən Z.Məmmədov vurğulayıb ki, Kollektiv Müqavilə bağlanarkən Kollektiv Sazişdə öz əksini tapan müddəalara istinad edilib. Sonra tədbirdə Respublika Komitəsinin katibi, maliyyə şöbəsinin müdiri Mübariz Eyvazov çıxış edərək öz tövsiyələrini çatdırıb. Tədbirin sonunda rayon və şəhər komitəsi sədrləri çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirmiş, müzakirələr aparılmışdır.

02.09.2021

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo