Qubadlı rayonunda yubiley yaşı çatmış müəllimlərlə görüş keçirilib
Qubadlı rayonunda yubiley yaşı çatmış müəllimlərlə görüş keçirilib. ATİAHİ Qubadlı rayon komitəsi və Qubadlı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə RTŞ-nin müdiri Fuad Bədəlov, ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, RTŞ-nin həmkarlar ittifaqı təşkilatının sədri Zakir Qasımov və başqaları çıxış edərək yubiley yaşı çatmış müəllimləri təbrik ediblər. Tədbirdə qocaman müəllimlərin rayon təhsilinin inkişafına verdikləri töhvələr qeyd olunub. 65 yaşı tamam olan müəllimlər, Əliqulu Uşağı kənd tam orta məktəbinin müəllimi Əliyeva Bikəxanım, Hafiz Quliyev adına Çaytumas kənd tam orta məktəbinin müəllimi Əliyeva Sarıgül, Rəfail Əlirzayev adına Xocahan Kənd tam orta məktəbinin müəllimi Əbilova Nənəxanım göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər. 

Qeyd edək ki, yubiliyarlara rayon Təhsil Şöbəsinin və ATİAHİ Qubadlı rayon komitəsinin Fəxri fərmanı, qiymətli hədiyyələr təqdim olunub. 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo