Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə rayonun ümumtəhsil məktəblərinin müəllimləri arasında şahmat yarışı keçirilib.
Tədbiri rayon komitəsinin sədri Möhlət Orucov açaraq yarışın qaydaları haqqında ətraflı məlumat verib və yarış iştirakçılarına uğurlar arzulayıb. Sonra Qubadlı rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Rövşən Mustafayev, Çaytumas məktəb-liseyin direktoru Şamama Həsənova və Uşaq Gənclər Şahmat İdman məktəbinin direktoru Cavanşir Əliyev çıxışlar edərək Ulu Öndərin həyat və fəaliyyətindən danışıblar.
Maraqlı keçən yarışın yekununda Yuxarı Mollu kənd tam orta məktəbin müəllimi Rəfail İsmayılov 1-ci yeri tutaraq qalib olub. İkinci yeri Xanlıq kənd 1 №-li tam orta məktəbin müəllimi Akif Səmədov, 3-cü yeri isə İşıqlı kənd tam orta məktəbin müəllimi Vüsal Abuşov qazanıb. Qaliblərə fəxri fərman və hədiyyələr verilib.