Qubadlının təcrübəli müəllimlərinin doğum günü qeyd olunub

Qubadlı rayon Faiq Qasımov adına Mahmudlu kənd tam orta məktəbinin müəllimi Nailə Əhmədovanın 65 illik yubileyi qeyd edilib.
ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Qubadlı rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, məktəbin direktoru Nəcibə İsayeva və pedaqoji kollektivinin iştirak etdiyi tədbirdə yubliyarın mənalı ömür yolundan, seçdiyi peşəsinə olan sonsuz məhəbbətindən, işinə məsuliyyətindən, rayon təhsilinin inkişafına verdiyi töhfələrdən danışılıb.
Bildirilib ki, bu gün Nailə müəllimin yetirmələrinin uğurları bütün rayon ictimaiyyətini qürurlandırır.
Deyilən təbriklərə və xoş sözlərə görə, təşəkkür edən Nailə xanım müəllim adını hər zaman uca tutmağa çalışdığını bildirib.
Sonda yubilyara Qubadlı rayon komitəsi tərəfindən fəxri fərman və qiymətli hədiyyələr verilib.
Bundan başqa, rayonun Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin müəllimi Nanə Babayevanın 60 yaşının tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə ATİAHİ Qubadlı rayon komitəsinin, Təhsil sektorunun nümayəndələri, məktəbin rəhbərliyi və pedaqoji kollektivi iştirak edib. İştirakçılar Nanə müəllimə təbriklərini çatdırıb, fəaliyyətində uğurlar arzulayıblar. Sonda yubliyara fəxri fərman və hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo