“Saglam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi” respublika müsabiqəsinin nəticələrinə görə, Qubadlı rayonunun İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbi və Bəhmən Mehdiyev adına Qubadlı Şəhər 2 №-li tam orta məktəbi ATİAHİ Respublika Komitəsi tərəfindən Fəxri fərmanla təltif olunub. Aprelin 1-də bu münasibətlə keçirilən tədbirdə ATİAHİ Qubadlı rayon komitəsi və Rayon Təhsil Şöbəsi tərəfindən Fəxri fərman Aşağı Mollu kənd tam orta məktəbinin İlk həmkarlar təşkilatının sədri Aybəniz Əhmədovaya və Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 №-li tam orta məktəbin İlk həmkarlar təşkilatının sədri Ayna İsaqovaya təqdim edilib. Rayon Təhsil Şöbəsinin müdiri Fuad Bədəlov və ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov çıxış edərək hər iki təhsil ocağının fəaliyyətini yüksək qiymətləndirib və əldə olunan nailiyyətə görə təbrik ediblər.