Qubadlıdan olan müəllimlərin 65 yaşı qeyd olunub, qiymətli hədiyyələr verilib

Qubadlı rayon Nadir Ərşadoğlu adına Dondarlı kənd tam orta məktəbin müəllimi Həqiqət Hüseynovanın və Kərəm Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbin müəllimi Qəribə Heydərovanın 65 illik yubileyləri qeyd olunub.
ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə komitənin sədri Möhlət Orucuv, rayon Təhsil sektorunun əməkdaşları, məktəblərin direktorları, ilk həmkarlar ittifaqlarının sədrləri və müəllimləri iştirak ediblər.
Çıxış edənlər yubliyarları təbrik edib, onların mənalı və şərəfli ömür yolundan, rayon təhsilinin inkişafında xidmətlərindən danışıblar.
Vurğulanıb ki, müəllim adını ləyaqətlə daşıyan yubliyarlar nümunəvi davranışları və şəxsi keyfiyyətləri ilə bu peşənin nüfuz və hörmətini yüksəldiblər. Onların yetirmələri bu gün müxtəlif sahələrdə məsuliyyətlə çalışır, ölkəmizin inkişafına töhfələr verirlər.
Yubliyarlar isə onların fəaliyyətinə verilən yüksək qiymətə və xoş sözlərə görə, həm tədbirin təşkilatçılarına, həm də iştirakçılara təşəkkür ediblər. Sonda müəllimlərə fəxri fərman və hədiyyələr verilib.
20240815_105608.jpg 1.76 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo