Qubadlıda məktəb direktoru Şahbaz Muradovun 65 illik yubileyi qeyd olunub

Qubadlı rayon Balakişi Hüseynov adına Dəmirçilər kənd tam orta məktəbin direktoru Şahbaz Muradovun 65 illik yubileyi münasibətilə tədbir keçirilib.
Tədbirdə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasimov və məktəbin pedoqoji kollektivi iştirak ediblər.
Çıxış edənlər Şahbaz müəllimin mənalı ömür yolundan, səmərəli pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, rəhbərlik etdiyi məktəbin nailiyyətlərindən danışıb, ona təbriklərini çatdırıblar.
Ş.Muradov ona göstərilən diqqətə görə, təşəkkür edib və bildirib ki, bundan sonra da rayon təhsilinin inkişafı üçün səylə çalışacaq.
Sonda yubilyara fəxri fərman və hədiyyələr verilib.
19.jpg 1.24 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo