Qubadlıda 65 yaşı tamam olan müəllimlərinin yubileyi keçirilib

Qubadlı rayonunun İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbinin müəllimi Şahin Lətifovun, Əliyar Əliyev adına Qəzyan kənd tam orta məktəbin müəllimi Almaz Həsənovanın və Şahbaz Kərimov adına Çərəli kənd tam orta məktəbin müəllimi Səmayə Hüseynovanın 65 illik yubileyləri qeyd edilib.
ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tədbirlərdə çıxışlar dinlənilib, yubliyarların ünvanına təbriklər səslənib. Komitənin sədri Möhlət Orucov çıxışında əsasən ölkəmizin təhsil siyasətindən, bu sahənin inkişafı üçün həyata keçirilən islahatlardan, müəllimlərin cəmiyyətimizdə nüfuzunun artırılması məqsədilə dövlətimizin atdığı addımlardan, onların sosial müdafiəsinin daha da gücləndirilməsi naminə ölkə Prezidentinin verdiyi sərəncamlardan danışıb, həmçinin həmkarlar ittifaqlarının müəllimlərin əmək hüquqlarının qorunması, istirahətlərinin təşkili və sağlamlıqlarının qorunması istiqamətində gördüyü işlərdən bəhs edib.
Möhlət Orucov eləcə də rayon təhsilinin inkişafında, göstəricilərin yüksəlməsində hər üç müəllimin xidmətlərinin danılmaz olduğunu bildirib.
Yubliyarlar onların fəaliyyətinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür ediblər. Vurğulayıblar ki, bundan sonra da dəyərli tövsiyələri və zəngin təcrübələrini bölüşməklə rayon təhsilinin inkişafına öz töhfələrini verəcəklər.
Keçirilən tədbirlərin sonunda hər üç yubliyar rayon komitəsi tərəfindən fəxri fərmanla təltif olunub, onlara hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo