Qubadlıda 65 yaşı tamam olan müəllimlərin yubileyi qeyd edilib

Qubadlı rayonunun Hafiz Quliyev adına Çaytumas kənd tam orta məktəbinin müəllimi Zərifə Atakişiyevanın və Rəfail Əlirzayev adına Xocahan kənd tam orta məktəbinin müəllimi Simuzər Yusifovanın 65 illik yubileyləri qeyd edilib.
ATİAHİ Qubadlı rayon komitəsi və rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutan tədbirdə hər iki qurumun əməkdaşları, məktəblərin rəhbərliyi və kollektivi iştirak ediblər.
Çıxış edən rayon komitəsinin sədri Möhlət Orucov və Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin əməkdaşı Rövşən Mustafayev rayon müəllimlərinin fədakar əməyindən, təhsilin inkişafında xidmətlərindən, həmçinin hər iki yubliyarın səmərəli pedaqoji fəaliyyətindən, gənclərin biliklərə yiyələnməsində, Vətənə, dövlətə sədaqət ruhunda tərbiyə almasında yorulmaz zəhmətlərindən bəhs edib və onlara təbriklərini çatdırıblar.
Digər çıxış edənlər həm Zərifə müəllimi, həm də Simuzər müəllimi təbrik edib, onların ünvanına xoş fikirlərini bildiriblər.
Yubliyarlar onlara göstərilən diqqət və qayğıya görə, təşkilatçılara təşəkkür ediblər.
Qeyd edək ki, hər iki müəllimə ATİAHİ Qubadlı rayon komitəsi tərəfindən mükafat verilib.

Bizimlə əlaqə

© 2023 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo