Qubadlı rayon komitəsinin hesabatı dinlənilib

ATİAHİ Qubadlı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Qubadlı Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haqverdiyev, Təhsil sektorunun müdiri vəzifəsini icra edən Zakir Qasımov, ATİAHİ RK-nın şöbə müdiri Zəfər Məmmədov, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov iştirak ediblər. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin və dünyasını dəyişmiş rayon müəllimlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Yığıncaqda Qubadli rayon komitəsinin sədri Möhlət Orucovun ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələrlə bağlı hesabatı dinlənilib. Məruzə ətrafında Qəzyan kənd tam orta məktəbin direktoru Yeganə İmanova, Dəmirçilər kənd tam orta məktəbin direktoru Şahbaz Muradov, Fərcan kənd tam orta məktəbin müəllimi Ədalət Əsədov, Çərəli kənd tam orta məktəbin direktoru Sədaqət Hüseynova və digərləri fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər. Hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab edilib.
Sonda rayon komitəsinin tərkibi formalaşıb, Möhlət Orucov yenidən komitənin sədri seçilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo