ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə rayonun 1 №-li məktəbinin müəllimi İradə Əliyevanın, 2 №-li məktəbin müəllimi Ayna İsaqovanın və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Qubadlı rayon sektorunun mühasibi Vahid Behbudovun 65 illik yubileyləri münasibətilə tədbirlər keçirilib.
Hər üç tədbirdə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, rayon Təhsil sektorunun müdiri Zakir Qasımov, məktəblərin direktorları və pedaqoji kollektivi iştirak ediblər. Çıxış edənlər yubliyarların mənalı və şərəfli ömür yolundan, səmərəli fəaliyyətlərindən, rayon təhsilinin inkişafında xidmətlərindən danışıb, onlara uğurlar arzulayıblar.
Sonda yubilyarlara fəxri fərman və hədiyyələr verilib.