Qubadlı müəllimlərinin yubileyi qeyd edilib

Qubadli rayon Xidirli kənd tam orta məktəbində müəllim Vidadi Həsənovun, İsa Məmmədov adına Aşağı Mollu kənd tam orta məktəbində isə müəllim Allahverən Allahverdiyevin 65 illik yubileyləri qeyd olunub.
Hər iki tədbirdə ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov məktəblərin rəhbərliyi və pedaqoji kollektivi iştirak edib. Çıxış edənlər yubliyarların həyat yolundan, müəllimlik fəaliyyətindən, rayon təhsilinin inkişafında xidmətlərindən, yetirmələrinin uğurlarından danışıblar. Bildirilib ki, həmin müəllimlər öz peşələrinə vicdanla yanaşmış, şagirdlərin vətənpərvər ruhda yetişməsində, elmi biliklərə yiyələnməsində böyük əmək sərf ediblər.
Sonda rayon komitəsi tərəfindən yubliyarlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo