Qubadlı müəllimləri üçün tur təşkil olunub

ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə rayonun 2 №-li məktəbinin, Muradxanlı kənd tam orta məktəbinin, Teymur Müskanlı kənd tam orta məktəbinin və Mərdanlı kənd tam orta məktəbinin kollektivlərinin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Quba və İsmayıllı rayonlarına bir günlük tur təşkil olunub.
Tur zamanı rayonların tarixi abidələri ziyarət olunub, mənzərəli yerlər seyr edilib, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. İştirakçılar turun təşkilatçılarına təşəkkür ediblər.
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo