Qubadlı rayonunun Xanlıq kəndinin 2 və 3 nömrəli məktəblərinin ittifaq üzvlərinin Quba və İsmayıllı rayonlarına istirahət səfərləri təşkil edilib.
ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə baş tutan tur zamanı müəllimlər qeyd olunan rayonların səfalı yerlərində olub, gözəl təbiət mənzərələrini seyr edib fotolar çəkdiriblər. Həmçinin təhsil işçiləri üçün üçün süfrə açılıb. İttifaq üzvləri onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını ifadə edib və təşkilatçılara təşəkkür ediblər.