ATİAHİ Qubadlı rayon komitəsinin təşkilatçılığı ilə rayonun Xanlıq kənd 1 №-li və Muradxanlı kənd tam orta məktəblərinin müəllimlərinin Quba və İsmayıllı rayonlarında bir günlük istirahəti təşkil edilib.
Tur çərçivəsində iştirakçılar qeyd olunan rayonların təbiət mənzərələri ilə könül oxşayan ərazilərində olub, fotolar çəkdirib əyləniblər. Müəllimlər həmçinin tarixi-mədəni abidələri də ziyarət edib təyinatı ilə tanış olublar. Eləcə də onlar yerli mətbəxin ləziz təamlarına qonaq ediliblər. Tur iştirakçıları onların istirahəti üçün yaradılmış şəraitdən razılıqlarını bildiriblər.