Qubadlı müəllimləri İsmayıllı və Quba rayonlarına səfər ediblər

İyunun 11-12-də ATİAHİ Qubadlı rayon komitəsi rayonun Əliqulu Uşağı, Yuxarı Mollu, Aşağı Mollu kənd məktəblərinin, həmçinin Xanlıq kənd 1 №-li məktəbin müəllimlərinin istirahətlərinin mənalı keçirilməsi üçün tur təşkil edib.
Tur zamanı İsmayıllı və Quba rayonlarına səfər edilib. Rayonların tarixi-mədəni abidələri ziyarət olunub, mənzərəli yerləri seyr edilib, süfrə açılıb, yerli mətbəxin təamlarından dadılıb, fotolar çəkdirilib. Müəllimlər yaradılmış şəraitdən razı qaldıqlarını bildirib və təşkilatçılara təşəkkür ediblər. 
  
 
 

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo