Qubadlı məktəbinin müəllimlərinin yubiley tədbiri keçirilib


Mayın 18-də Bəhmən Mehdiyev adına Qubadlı şəhər 2 №-li tam orta məktəbdə müəllimlər - Yeganə Qurbanova və Teyfə Sadıqovanın 65 illik yubileyləri münasibətilə tədbir keçirilib.
ATİAHİ Qubadlı rayon komitəsi və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən komitənin sədri Möhlət Orucov doğum günü qeyd edilən təhsil işçilərinin pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafındakı xidmətlərindən, yetirmələrinin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edib. Bildirib ki, Yeganə və Teyfə kimi peşəkar, öz sənətini dərindən sevən nümunəvi müəllimlərin sayəsində rayon təhsili ildən-ilə böyük uğurlara imza atmaqdadır.
Digər çıxış edənlər – Rayon Təhsil Şöbəsi ilk həmkarlar təşkilatının sədri Zakir Qasımov və şəhər 2 №-li tam orta məktəbin direktoru Rəhminə Mehtiyeva yubiliyarları təbrik etmiş, bundan sonrakı həyatlarında və fəaliyyətlərində uğurlar arzulayıblar.
Sonda rayon komitəsi tərəfindən yubiliyarlara Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo