Qubadlı məktəbində təcrübəli müəllimin doğum günü qeyd edilib


ATİAHİ Qubadlı rayon komitəsi tərəfindən Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbin müəllimi Aybəniz Adıgözəlovanın 65 illik yubileyi münasibətilə tədbir təşkil olunub.

Yubiley tədbirində Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov, Mahruzlu kənd tam orta məktəbin direktoru Aynur Hüseynova, ilk həmkarlar ittifaqının sədri Nazlı Məmmədova və məktəbin pedaqoji kollektivi iştirak edib.

Çıxış edənlər Aybəniz müəllimin keçdiyi mənalı və şərəfli ömür yolundan, peşəsinə olan sevgisindən, müəllim adını ləyaqətlə daşımasından, yetirmələrinin uğurlu göstəricilərindən danışılıb, ünvanına təbriklər səslənib.

Yubliyar onun fəaliyyətinə verilən yüksək qiymətə və göstərilən diqqətə görə, təşkilatçılara minnətdarlıq edib.

Sonda ona fəxri fərman və hədiyyə verilib.

 
20231020_110405.jpg 1.54 MB


Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo