Qubadlı məktəbi fəxri fərmanla təltif olunub

ATİAHİ Qubadlı rayon komitəsində “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qalibi olmuş Kərəm Mirzəyev adına Xanlıq kənd 1 nömrəli tam orta məktəbin mükafatlandırma mərasimi olub.
Tədbirdə rayon komitəsinin sədri Möhlət Orucov, Qubadlı Təhsil sektorunun müdiri Zakir Qasımov, məktəbin rəhbərliyi və pedaqoji kollektiv iştirak ediblər. ATİAHİ RK-nın Fəxri fərmanı məktəbin rəhbərliyinə və kollektivinə təqdim olunub.
Bildirilib ki, məktəbdə kollektiv müqavilənin şərtlərinə məsuliyyətlə yanaşılıb, işçilər üçün sağlam və təhlükəsiz əmək şəraiti yaradılıb.
Məktəb rəhbərliyi onların işinə verilən yüksək qiymətə görə, həmkarlar ittifaqlarına təşəkkür edib və bundan sonra da işçilərin əmək hüquqlarına hörmətlə yanaşacaqlarını, onların normal şəraitdə çalışmaları üçün bütün zəruri şərati yaradacaqlarını qeyd ediblər.
20240501_130855.jpg 2.49 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo