Qara İlyasov adına Qubadlı şəhər 1 №-li tam orta məktəbdə yubiley tədbiri keçirilib
Qara İlyasov adına Qubadlı şəhər 1 №-li tam orta məktəbin direktoru Hümbət Hümbətəliyevin 70 illik yubileyi qeyd edilib.
Tədbirdə Şərqi Zəngəzur Regional Təhsil İdarəsinin müdiri Fuad Bədəlov, ATİAHİ Qubadlı rayon komitəsinin sədri Möhlət Orucov, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Zakir Qasımov və məktəbin müəllim kollektivi iştirak edib.
Çıxış edənlər H.Hümbətəliyevin səmərəli pedaqoji fəaliyyətindən, rayon təhsilinin inkişafında gördüyü işlərdən, məktəb məzunlarının uğurlarından, nümunəvi davranışlarından, idarəçilik keyfiyyətlərindən danışıblar. Bildirilib ki, Hümbət müəllim uzun illər ərzində vicdanla çalışıb, rəhbərlik etdiyi məktəbi rayonun aparıcı təhsil ocaqlarından birinə çevirib. Bu gün həmin məktəbin yetirmələri ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar.
Hümbət müəllim ona göstərilən hörmət və ehtirama görə, iştirakçılara və tədbirin təşkilatçılarına təşəkkür edib. Bildirib ki, ömrünün sonuna qədər rayon təhsilinin inkişafı, gənclərin savadlı və tərbiyəli yetişməsi üçün səylə çalışacaq.
Sonda rayon komitəsi adında ona fəxri fərman və qiymətli hədiyyələr verilib.
20221230_105855.jpg 1.78 MB

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo