ATİAHİ Qubadlı rayon komitəsi “İlin Peşəkar Gənci” müsabiqəsinin qalibini mükafatlandırıb
Fevralın 7-də ATİAHİ tərəfindən “İlin Peşəkar Gənci” müsabiqəsinin Qubadlı rayonu üzrə qalibi Rəfail Əlirzayev adına Xocahan kənd tam orta məktəbinin tarix müəllimi Müşfiq Hüseynova verilən Fəxri fərmanın təqdimatı olub.
ATİAHİ Qubadlı rayon komitəsi tərəfindən təşkil olunan tədbirdə komitənin sədri Möhlət Orucov, Xocahan kənd tam orta məktəbin direktoru Sevinc Məmmədova, Rayon Təhsil Şöbəsinin müdir müavini Zakir Qasımov çıxış edərək gənclərin dövlətimizin inkişafında rolundan, əldə etdikləri nailliyətlərdən, qazandıqları uğurlardan, təhsilimizin inkişafına verdikləri töhfələrdən bəhs ediblər. Təşkil olunan bu cür layihələri yüksək qiymətləndirən çıxışçılar vurğulayıblar ki, bu istiqamətdə görülən bütün işlər ölkə gənclərinin inkişafına xidmət edir. Sonda müsabiqənin qalibi M.Hüseynova ATİAHİ-nin Fəxri fərmanı ilə yanaşı, Qubadlı rayon komitəsinin mükafatı da təqdim olunub.

Bizimlə əlaqə

© 2024 Atiahi.org. Bütün hüquqları qorunur
site by webline logo